Page 409 - design_Topcubashov_Full_Layout 1
P. 409
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
hökumәti qabaqcadan xәbәrdar edib hәyәcan tәbili çalarkәn
necә düzgün yol tutduğumu aydın göstәrir. Nә qәdәr ağır
olsa da, bir daha vә yenә eyni mәsәlәni qaldırmalı oluram
vә bir ay sonra tamamilә qara qәpiksiz qalacağımızı hökumәtin
diqqәtinә çatdırmağı özümә borc bilirәm. İndi әlimizdә olan
pul әn çoxu dekabrın sonuna qәdәr çata bilәr. Hәm dә söhbәt
yalnız dolanışıq xәrclәrindәn gedir. Әslindә isә mövcud
mәrhәlәdә tәbliğati işlәrin tәşkili baxımından pula daha çox
ehtiyacımız var. Yuxarıda da qeyd etdiyim kimi, mәtbuatla
hәrtәrәfli әlaqә yaratmaq niyyәti ilә hәyata keçirmәk istәdiyimiz
geniş planın icrasını yalnız maliyyә çatışmazlığı ucbatından
dayandırmalı olduq. Mәsәlә ilә әlaqәdar Mәmmәdhәsәn
Hacınski Sizә әtraflı izahat vermәli vә hökumәti heyәtin
hesabına böyük mәblәğdә pul köçürmәsi üçün tәlәsdirmәli
idi.
Mәxsusi olaraq bu vacib mәsәlә haqda Nazirlәr Şurasının
sәdri kimi Sizә ayrıca mәktub yazdım vә ünvana çatdırılması
üçün oktyabrın 19-da Mirzә Rza xan Әrfәüddövlәyә verdim. 409
Hәmin mәktubda ingilis nümayәndә heyәti vasitәsilә Britaniya
hökumәtinә müraciәt etmәk vә ingilis komandanlığının
hökumәtimizә borcu hesabına onlardan avans almaq
tәşәbbüslәrinin sәmәrәsizliyi barәdә mәlumatı diqqәtinizә
çatdırmışdım. Әminәm ki, mәktubu almısınız. Ona görә dә
sәnәddә gәtirdiyim dәlillәri burada yenidәn tәkrarlamaq
istәmirәm. Lakin bununla belә, avans mәsәlәsi ilә bağlı
ingilislәrlә yazışmaların surәtlәrini Sizә tәqdim edirәm.
(әlavә № 10). Avans barәdә avqustun sonlarında xarici işlәr
naziri M.Y.Cәfәrovun imzası ilә teleqram göndәrilmişdi.
Mәtn bizә böyük yanlışlıqlarla çatdırıldığından teleqramı
geri qaytarıb müvafiq düzәlişlәr aparılmasını xahiş etdim.
Düzәldilmiş variantı sentyabrın 16-da aldım. Lakin mәzmunu
yenә dә ingilis komandanlığının bizim hökumәtә borcluluğu
mәsәlәsini, borcun hәcmini, problemin ingilis heyәtinә
mәlum olub-olmadığını aydınlaşdırmağa imkan vermәdiyindәn,