Page 405 - design_Topcubashov_Full_Layout 1
P. 405
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
olmasaydı, mehriban qonşuluq bundan sonra da davam
edәrdi. İndiki daşnaksutyun hökumәtindәn çox narazıdır.
Hakimiyyәt ehtirası naminә özünü daşnak elan edәn vә bu
yolla da liderliyi әlә keçirәn Xatisyanın hәrәkәtlәrini bәyәnmir.
Cәnab Safrastyanın fikrincә, ermәnilәrin böyük әksәriyyәti
artıq daşnaksutyundan mәmnun deyillәr, Amerikada,
Hindistanda vә s. yerlәrdәki ermәnilәr daha daşnaklara
inanmır, hakimiyyәtә tezliklә milli-demokratik partiyanın
gәlәcәyinә ümid bәslәyirlәr. Safrastyan özü dә hәmin
partiyanın üzvlәri sırasındadır. O, ermәnilәrin Qafqazda vә
Türkiyәdә müsәlmanlarla sülh şәraitindә, mehriban qonşular
kimi yaşayacaqlarına inandığını bildirdi.
VII
Oktyabrın 9-da kuryer sifәtindә Abbas bәy Atamalıbәyov
xanımı ilә gәldi. Yola düz әlli gün vaxt sәrf ediblәr. Uzun
müddәt Romada lәngimәli olmuşdular. Çünki fransızlar
ölkәyә giriş vizası vermirdilәr. Oktyabrın 5-dә kömәk üçün 405
bizә müraciәt etmişdi. Tәbii ki, dәrhal lazımi yardım göstәrildi.
Gәtirilәn bütün qәzetlәri, qovluq vә zәrflәri aldıq. Әlbәttә,
materialların böyük qismi artıq köhnәlib, lakin yenә dә
nümayәndә heyәtinin ilk dәfә sistemli şәkildә qәzetlәri,
xüsusәn dә xarici siyasәtlә bağlı mәlumatları alması çox
sevindirici hal idi. Göndәrilәn sәnәdlәri, elәcә dә Xarici
İşlәr Nazirliyimizin Yekaterinodar, Temirxan-Şura vә İrәvan
nümayәndәlәri ilә yazışmalarını böyük diqqәtlә oxuduq.
Bunların içәrisindә çox maraqlı materiallar vardır. Lakin
tәәssüf ki, rәsmi akt vә sәnәdlәrdәn çıxarılmış surәtlәr tәsdiq
edilmәdәn göndәrilib. Ona görә dә bu sәnәdlәrә istinad
zamanı fikirlәrimizi rәsmәn tәsdiqini tapmış aktlara әsaslanıb
irәli sürdüyümüzü söylәmәk imkanından mәhrum olacağıq.
Bu barәdә artıq bir dәfә yazıb xahiş etmişdim. Yenә xahiş
edirәm, rәsmi aktlardan çıxarılan bütün surәtlәri müvafiq
şәkildә tәsdiq etmәk, hәtta möhür vurmaq lazımdır. Hökumәtin