Page 400 - design_Topcubashov_Full_Layout 1
P. 400

Əlimərdan bəy Topçubaşov


                  birlikdә yanında olduq. İlk növbәdә polkovnik Reyin Tiflisdәn
                  salamını vә Kanada Qırmızı Xaç Cәmiyyәtinin verdiyi 200
                  qutu müxtәlif xәstәxana lәvazimatının (bu haqda Sizә daha
                  әvvәl mәlumat çatdırılıb)  Amerika gәmisindә Batuma
                  göndәrilmәsi ilә әlaqәdar xәbәrini mәnә yetirdi. Sonra cәnab
                  Haskel ölkәmizdә müşahidә etdiyi qayda-qanun barәdә tәrifli
                  sözlәr dedi. Bakıda ehtiramla qәbul olunmasından çox razıdır.
                  Bizim sadә camaat xoşuna gәlib, deyir ki: “Xalqınız
                  sülhsevәrdir vә qәtiyyәn ermәnilәrin düşmәni deyil. Әgәr
                  siyasәt adamları (“Hommens Politiciens”) olmasaydı, ermәnilәr
                  dә sakit yaşayardılar”. Naxçıvan vә Şәrur bölgәlәrindә indi
                  sakitlikdir. Amerikalı qubernatorun idarә etdiyi neytral zona
                  yaradılıb.
                     Mәn Naxçıvan vә Şәrur bölgәlәrindә Ermәnistanla bizim
                  әhali arasında qarşılıqlı münasibәtlәrin nizama salınmasında
                  onun göstәrdiyi mühüm xidmәtlә bağlı hökumәtimizin artıq
                  nümayәndә heyәtinә xәbәr verdiyini polkovnikә dedim vә
         400      öz adımdan da minnәtdarlığımızı bildirdim. Sonra
                  hökumәtimizdәn xoş bir xәbәr aldığımı xatırlatdım. Bu da
                  Naxçıvan vә Şәrurda baş verәn hadisәlәrdә günahın guya
                  müsәlmanlarda olması barәdә ermәnilәrin burada yaydıqları
                  әsassız şayiәlәrlә әlaqәdar idi. Ermәnilәr hәmin mәsәlә ilә
                  bağlı guya polkovnik Haskelin Ermәnistan parlamentindәki
                  çıxışında mәlumat verdiyini iddia edirlәr. Әslindә isә
                  hökumәtimizin dә bildirdiyinә görә, hәmin yalan xәbәri
                  polkovnik özü tәkzib edib. Haskel dediklәrimlә razılaşdı.
                     Suallarımıza cavab verәrkәn polkovnik әmin olduğunu
                  bildirdi ki, Zaqafqaziya xalqlarının, hәtta bütün Qafqaz
                  xalqlarının birlikdә yaşaması mümkündür. Çünki hәr şeydәn
                  öncә iqtisadi cәhәtdәn bir-birlәri ilә möhkәm bağlıdırlar.
                  Lakin başlanğıc mәrhәlәdә hәr hansı güclü dövlәtin himayәsi
                  zәruridir. Hәmin dövlәt ilk növbәdә bütün regionda maliyyә
                  vәziyyәtinin yaxşılaşmasına yardım göstәrmәlidir. Bir neçә
                  ildәn sonra hәr bir xalq mandat sahibi olan dövlәtin
   395   396   397   398   399   400   401   402   403   404   405