Page 396 - design_Topcubashov_Full_Layout 1
P. 396
Əlimərdan bəy Topçubaşov
bilsin. Biz vә “L’İmage” jurnalının naşiri sәbirsizliklә
gözlәyәcәyik.
V
Mәtbuat vasitәsilә tәbliğat barәsindә artıq Sizә yazmışdım.
Bu baxımdan bura yeni gәldiyimiz vaxtla müqayisәdә
mәtbuatın indi Azәrbaycan haqda daha tez-tez söz açmasını
vә ölkәmizin adını tez-tez çәkmәsini qeyd etmәk zәruridir.
Doğrudur, haqqında Hacınskinin Sizә әtraflı mәlumat verәcәyi
planını hәyata keçirә bilmәdik. Bu da әsas etibarilә dәfәlәrlә
Sizә yazdığım maddi vәsait çatışmazlığı üzündәn baş verdi.
Lakin bütün bunlara baxmayaraq, indi heç olmazsa, bizә
rәğbәt bәslәyәn çap orqanları var.
İlk növbәdә bülletenimizin nәşrini davam etdiririk. Artıq
üç sayı çıxıb, dördüncü isә çapa hazırlanır vә bu günlәrdә
işıq üzü görәcәk. Biz bülletenlәri mәlumat orqanı kimi hәm
burada, hәm dә İngiltәrә vә Amerikada hәr yerә göndәririk.
396 Eyni zamanda ingilis vә fransız dillәrindәki memoran -
dumlarımız da xәritәlәr vә әhali diaqramları әlavә olunmaqla,
iqtisadi broşürlәrlә birlikdә müxtәlif yerlәrә yayılır.
Bundan başqa, fransızca vә ingiliscә iki hәftәdә bir dәfә
çıxan “L’Europe Orientale” jurnalından istifadә edirik.
514
Haqqımızdakı mәlumatlar “Revue du Monde Musulman” ,
“La Revue Contemporaine” 515 jurnallarında, habelә “Le
516
Temps”, “L’Humanite” , “La Depeche” 517 qәzetlәrindә dә
çıxır. Son vaxtlar isә özünün açıq-aşkar antirus xarakteri ilә
seçilәn vә keçmiş Rusiyanın “yadellilәr” adlandırılan әhalisinә
rәğbәtlә yanaşan “Le dernieres Nouvelles du Monde” qәzeti
dә bizimlә yaxından maraqlanır.
Adını çәkdiyim mәtbu orqanlardan bәzilәrinin nüsxәlәri
digәr qәzetlәrlә birlikdә ayrıca zәrfdә Sizә göndәrilir.
Әvvәldә xatırlatdığım plana gәldikdә isә, onu heç vaxt
diqqәtdәn yayındırmırıq. Hökumәtdәn zәruri maddi vәsait
alan kimi hәyata keçirәcәyik.