Page 394 - design_Topcubashov_Full_Layout 1
P. 394

Əlimərdan bəy Topçubaşov


                  arasında iqtisadi әlaqәlәrin asanlaşmasına yardım göstәrmәkdir.
                  Hәr iki respublikanın nümayәndәlәri komitәnin işindә iştirak
                  ediblәr vә indi dә edirlәr. Oktyabrın 4-dә Fransa-Qafqaz
                  Komitәsi konfrans keçirdi. Mövzu “Zaqafqaziya respublikaları
                  vә Fransa” idi. Bizimkilәrdәn cәnab Mәhәrrәmov vә cәnab
                  Hacıbәyli çıxış etdilәr. Bütünlükdә konfrans yaxşı keçdi.
                  Bәzi qәzetlәr Fransanın Zaqafqaziyadakı maraqları barәsindә
                  yazmağa başlayıb. Komitә işini ehtiyatlı tutub bizimlә
                  gürcülәrin hazırladığımız aşağıdakı qәtnamәni әvvәldәn
                  qәbul etmişdi (bax: әlavә № 7; fransız dilindә mәtn dә
                  hәmin әlavәyә daxildir).
                     Konfrans vә işgüzar görüşlәr keçirmәk, mәtbuat vasitәsilә
                  tәbliğat aparmaq baxımından komitәnin bәzi planları var.
                  Әgәr onun fәxri sәdri – keçmiş ticarәt naziri cәnab de Monzi
                  yenidәn deputatlar palatasına seçilsә (seçkilәr noyabrın 16-na
                  tәyin edilib), onda komitә faydalı fәaliyyәtini daha da
                  genişlәndirmәk imkanı qazanacaq. Bu günlәrdә komitәnin
                  sәdri cәnab Liean yanımızda idi. Onunla xeyli söhbәt etdik.
         394
                  Cәnab Liean rәhbәrliyini öz üzәrinә götürdüyü qurumu hәr
                  cür material vә mәlumatla tәmin etmәyimizi istәyir. Parlament
                  seçkilәrindәn sonra böyük bir konfransın tәşkili nәzәrdә
                  tutulur. Hәr halda, bizdәn ötrü konfransın mәqsәd vә
                  mәramlarını yaymaq, әlәlxüsus da ticarәt vә sәnaye dairәlәrindә
                  tәbliğ etmәk faydasız olmaz. Çünki bu yolla komitәyә
                  Azәrbaycandan yeni üzvlәr cәlb edә bilәrik. Onların siyahısını
                  üzvlük haqları ilә birlikdә (20, 200 vә 1000 frank) göndәrmәk
                  lazımdır. Tanışlıq üçün komitәnin Nizamnamәsini, habelә
                  oktyabrın 4-dә keçirilәn konfransın giriş biletlәrini Sizә
                  göndәririk (әlavә № 6). Komitә bizә vә gürcülәrә, teatr,
                  vokal, musiqi vә rәqs bölmәlәri dә daxil olmaqla, milli
                  Azәrbaycan gecәsi keçirmәyi tәklif edib.
                     Bu, özünütәbliğ formalarından biri kimi çox әhәmiyyәtli
                  olardı. Hazırda Parisdәki Ukrayna truppası tәbliğat baxımından
                  böyük tәәssürat yaradır. Lakin belә tәdbir keçirmәk üçün
                  әlimizin altında, demәk olar ki, heç nә yoxdur. Odur ki,
   389   390   391   392   393   394   395   396   397   398   399