Page 397 - design_Topcubashov_Full_Layout 1
P. 397

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


               Yeri gәlmişkәn, indi buradakı bütün mәtbuat orqanları
           mütәşәkkil surәtdә Parlament seçkilәri ilә mәşğuldur (seçki
           noyabrın 16-da keçirilәcәk).
               Son anda yenә sözün geniş mәnasında mәtbuat mәsәlәsi
           ilә bağlı tәzә bir sual ortaya çıxdı. Mәsәlә bundadır ki,
           “L’Europe Orientale” jurnalının rәhbәrlәri lap başlanğıcdan
           onu İsveçrәdә çap etmәk istәyirdilәr. Yanvar ayından etibarәn
           niyyәtlәrini hәyata keçirmәk fıkrindәdirlәr, yәni jurnalın
           nәşri Cenevrәyә köçürülәcәk. Mәsәlә yalnız jurnalda deyil.
           Söhbәt Cenevrәdә keçmiş Rusiyada meydana çıxan
           respublikaların hamısının müdafiәsini öz üzәrinә götürәn
           bir mәrkәzin yaradılmasından gedir. Elә dünәn qeyd etdiyim
           mәsәlә ilә bağlı Ukraynanın tanınmış xadimi, keçmiş
           gimnaziya yoldaşım professor Qruşevski ilә әtraflı söhbәtimiz
           oldu. Onun fikrincә, Cenevrәdә hәr respublikanın öz mәrkәzi
           yaradılmalıdır, çünki Millәtlәr Cәmiyyәti fәaliyyәtini burada
           davam etdirәcәk. Az tanınan xalqlar üçün belә mәrkәzlәr
           daha zәruridir. Ukraynalılar, estonlar, gürcülәr artıq İsveçrәdә  397
           әmәlli-başlı mәskunlaşıblar. Әlbәttә, bu işlәr böyük vәsait
           tәlәb edir. Yeni yaranan respublikaların hamısı isә tәәssüf
           ki, bu cür vәsaitә malik deyil. Qruşevskinin sözlәrindәn
           belә çıxdı ki, hamının yeganә ümidi Ukrayna ilә
           Azәrbaycanadır. Bizdәn ciddi yardım gözlәyirlәr. Hәm öz
           mәnafeyimizi, hәm dә ümumi mәnafeyi nәzәrә alaraq, hesab
           edirәm ki, bu işdә әlimizdәn gәlәn yardımı göstәrmәliyik.
           Әn başlıcası isә Cenevrәdә özümüzә yer elәmәyә tәlәsmәliyik.
               Bu tәşәbbüsә sadәcә partiya mәsәlәsi kimi deyil, ümumi
           işimiz kimi böyük әhәmiyyәt verirәm. Lakin hәlә mәsәlә
           sona qәdәr aydınlaşdırılmayıb. Ona görә dә ideyanı hәyata
           keçirmәk üçün zәruri planın şәrhindәn özümü saxlayıram.
           İndi bir mәsәlә aydındır ki, biz “L’Europe Orientale” jurnalına
           maliyyә yardımı göstәrmәliyik. Nümayәndә heyәtimiz bu
           mәqsәdlә 10 min frank ayırıb. Hәmin mәblәğdәn 5 mini
           artıq jurnalın hesabına köçürülüb, qalanı isә bu günlәrdә
   392   393   394   395   396   397   398   399   400   401   402