Page 392 - design_Topcubashov_Full_Layout 1
P. 392
Əlimərdan bəy Topçubaşov
broşürlәrdәn, әsasәn, ingilis, qismәn dә fransız dilindә 2500
әdәd verdim. Habelә әn vacib sәnәdlәrimizin surәtlәrini,
etiraz notalarını vә s. dә tәqdim etdim. Artıq daha öncә
bildirdiyim kimi, gürcülәr dә, biz dә onunla müqavilә
bağlayıb avans ödәmişik. Әsas müqavilәni Hacınski ilә
göndәrmişәm. Xahiş etmişәm ki, tәfәrrüatları Sizә çatdırsın.
Hәm dә müqavilә Bakıda tәsdiq olunub bura qaytarılmalıdır.
Yeri gәlmişkәn, Çandler bizi mütәmadi mәlumatlandırmağı
öhdәsinә götürüb. Bu günlәrdә ondan ilk xәbәr almışam.
Hәmin sәnәdi fransızcaya tәrcümәsi ilә birlikdә әlavә edirәm
(әlavә № 3). O, Azәrbaycan vә Gürcüstan kimi ölkәlәrin
tәbliğatı ilә bağlı ortaya çıxan çәtinliklәr barәdә fikirlәrini
bölüşür. Bu ölkәlәr Amerikada tanınmır. Estoniya, Ukrayna,
Latviya, Ermәnistan kimi özünün amerikan icmasına malik
deyil. Buna görә dә tәbii şәkildә hәm cәnab Çandlerin, hәm
dә bizim müştәrәk şәkildә arzuladığımız mәsәlә – Amerikada
(heç olmazsa, Nyu-Yorkda vә Vaşinqtonda) nümayәndә -
lәrimizin fәaliyyәt göstәrmәsi zәrurәti meydana çıxır. Bu
392
barәdә cәnab Robinov da hәlә Parisdә olarkәn mәnә danışmışdı.
Çandler öz mәlumatında nümayәndәlәrimizdәn bir vә ya iki
nәfәrin Amerikaya getmәsi lüzumu vә buna icazә alınması
haqda danışır. Lakin tәәssüf ki, bu işi görmәk bizdәn ötrü
çox mürәkkәb mәsәlәdir: nә müvafiq adamlarımız, nә dә
maddi vәsait var. Cәnab Çandlerin diqqәtimizi cәlb etdiyi
başqa bir problem prezident Vilsonun xәstәliyidir. Çünki o,
prezidentlә görüşmәli vә mәnim kiçik mәktubumu, habelә
ayrıca qovluqda göndәrdiyimiz broşürlәri ona tәqdim etmәli
idi. Hәmin mәktubun surәtini yollayıram (әlavә № 4).
Bununla belә, Çandler bir neçә senator vә deputatla görüşüb,
broşürlәrimizi onlara paylayıb. Başladığı işin uğur qazanacağına
ümid edir.
Hәlә Amerikadan bu mәktubu almamışdan әvvәl mәn
cәnab Çandlerә konfransla әlaqәdar mәlumatları, bizә mövcud
münasibәti, habelә Denikin mәsәlәsi ilә bağlı yeniliklәri
özündә әks etdirәn mәktub göndәrmişdim.