Page 387 - design_Topcubashov_Full_Layout 1
P. 387

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           komandanlığının dövlәtimizә olan borcları hesabına avans
           vermәsi barәdә mәsәlә qaldırmaq tövsiyә olunur. İki hәftә
           әvvәl bu işlә mәşğul olmuşuq. Hәlәlik nәticә yoxdur. Burada
           çox şey aydın deyil. Hansı avansdan söhbәt gedir? Miqdarı
           nә qәdәr olacaq? İngilis komandanlığının bizә borclu olduğunu
           Britaniya hökumәti bilirmi? Borc nә qәdәrdir? Bir sözlә,
           belә son dәrәcә ciddi mәsәlәdә hansısa kağız yollamaqla
           adamı birtәhәr başdan elәmәk olmaz. Bu, nümayәndә heyәtini
           çәtin vәziyyәtdә qoymaq demәkdir... Çox tәәssüf edirәm ki,
           Hacınski yola düşәnә qәdәr mәsәlәyә aydınlıq gәtirilmәdi.
           Zәnnimcә, öz növbәsindә ingilislәrdәn dә nәzakәtlә yazılmış
           qeyri-müәyyәn, lakin mәnfi cavab alacağıq. Londona gedәrkәn
           istinad etmәk üçün dә әlimizdә heç bir sәnәd yoxdur.
               Sonra bildirim ki, dünәn Ernst Nobel 507  yanımda idi.
           Sözarası dedi ki, mәnә 300 000 frank verilmәsi barәdә
           Azov-Don bankından  508  teleqram alıblar. Pulların mәnşәyi
           haqda sualımın cavabında bildirdi ki, onların haradan gәlmәsi
           vә kimin göndәrmәsindәn xәbәrsizdir. Hәlәlik hәmin pulları  387
           da almamışıq.
               Әlimizdәki vәsait isә qurtarmaq üzrәdir. Digәr tәrәfdәn,
           hәlә burada nә qәdәr qalacağımız bәlli deyil. Daha uzaqlara
           gedib-getmәyәcәyimiz dә eyni dәrәcәdә namәlumdur. Hәr
           halda qarşıda bizi böyük xәrclәr gözlәyir.Yaşayışın bahalaşması
           vә frankın kursunun son dәrәcә sürәtlә aşağı düşmәsi bir
           yana qalsın, mәtbuat vә tәbliğatla bağlı böyük xәrclәrimiz
           dә ortaya çıxıb. Ona görә dә maliyyә mәsәlәlәrinә daha
           ciddi yanaşmağınızı xahiş edәrdim. Ehtiyaclarımızın ödәnilmәsi
           haqda mәlumat almayana qәdәr yaddan çıxarmayın ki,
           nümayәndә heyәti, demәk olar ki, tam tәminatsız qalıb,
           rabitәnin mövcud sәviyyәsindә isә, çox güman, indikindәn
           dә ağır vәziyyәtә düşә bilәrik.
               Mәmmәdhәsәn Hacınskinin geri göndәrilmәsi nümayәndә
           heyәti üçün ümumәn mәcburi addım idi. Mәsәlәnin hәrtәrәfli
           müzakirәsindәn sonra onun Bakıya müvәqqәti ezam olunması
   382   383   384   385   386   387   388   389   390   391   392