Page 384 - design_Topcubashov_Full_Layout 1
P. 384

Əlimərdan bəy Topçubaşov


                     Qısa şәkildә nümayәndә heyәtinin hazırlayıb konfransa
                  tәqdim etdiyi aktların (fransız vә qismәn dә rus dilindә
                  surәtlәrinin әlavәsi ilә) adlarını sadalamaqla mәlumatı
                  tamamlamaq istәyirәm:
                     Azәrbaycanın siyasi vәziyyәti vә tәlәblәrimiz
                  (“revendications”) haqda memorandum. Fransız dilindә 2000
                  nüsxә çap edilib. Onlardan 300 nüsxә yüksәkkeyfiyyәtli
                  kağızda vә üzәrindә xüsusi yazı olmaqla hazırlanıb, cildlidir.
                  1700 nüsxәsi isә nisbәtәn sadә kağızdadır. Memoranduma
                  Azәrbaycanın sәrhәdlәrinin müfәssәl tәsviri, habelә Azәrbaycan
                  Respublikasının nәzarәti altındakı әrazilәrin vә iddiaçı
                  olduğumuz әrazilәrin xәritәlәri әlavә edilib.
                     Bu sәnәd konfransa vә Müttәfiq dövlәtlәrin bütün
                  nümayәndәlәrinә, hәr birinә 10 nüsxә olmaqla, avqustun
                  21-dә göndәrilib. Ünvana çatması barәdә qәbz alınıb. Sizә
                  75 nüsxә göndәririk. (Rәqәm dәqiq deyil, 140 nüsxә olmalıdır.
                  Bu, növbәti cümlәdәn dә aydın olur – Tәrc.) Onların 130
         384      nüsxәsindә xәritәlәr vә sәrhәdlәr dә göstәrilib, 10-da isә
                  göstәrilmәyib.
                     Eyni memorandum ingiliscә 1500 nüsxәdir. 300 әdәdi
                  xüsusi qovluqdadır. Әlavә olaraq,  Amerika vә ingilis
                  heyәtlәrinә dә tәqdim edilib.
                     1000 әdәdi  Amerikaya yola salınır. 50 әdәd dә Sizә
                  göndәririk.
                     Azәrbaycanın iqtisadi vә maliyyә vәziyyәti haqda broşür.
                  Mәmmәdhәsәn Hacınski yazıb. 2000 nüsxә fransızca, 15000
                  nüsxә isә ingiliscә çap edilib.
                     Konfransa vә bütün Müttәfiq dövlәtlәrin nümayәndәlәrinә
                  verilib.
                     İngiliscә nüsxәlәri Amerikaya yola salınır. Hәr iki dildә
                  hәrәsindәn 50 nüsxә olmaqla Sizә dә göndәririk.
                     Azәrbaycan әhalisinin etnik tәrkibi haqqında broşür.
                  Әkbәr ağa Şeyxülislamov tәrtib edib. Fransız dilindә etnoqrafik
                  xәritә vә iki diaqramla birlikdә 2000 nüsxә çap olunub.
   379   380   381   382   383   384   385   386   387   388   389