Page 380 - design_Topcubashov_Full_Layout 1
P. 380

Əlimərdan bəy Topçubaşov


                  gәlmәmişdi, onu Ohancanyan әvәz edirdi) bildirdilәr ki, bu
                  suallar müzakirә üçün onlara tәqdim olunmayıb). Guya
                  suallar bizimlә avqustun 13-dә olan söhbәtdәn sonrakı
                  fikirlәrin nәticәsi kimi meydana çıxıb. Ona görә dә
                  tәxirәsalınmaz mәsәlә kimi Müttәfiqlәrin hәrbi qüvvәlәrinin
                  Qafqazda saxlanılması barәsindә konfransa müraciәtin
                  müzakirәsi daha yerinә düşәrdi. Qәribә mәnzәrә alınmışdı.
                  Lakin münasibәtlәri korlamamaq xatirinә ermәnilәrin tәkliflәri
                  ilә razılaşdıq. Dağlılar Respublikasının nümayәndәlәri istisna
                  olmaqla hәmin tәkliflәr hamı tәrәfindәn qәbul edildi. Digәr
                  mәsәlәlәrin müzakirәsi üçün dә belә bir iclas çağırmaq
                  qәrara alındı. Hәrbi qüvvәlәrin saxlanması ilә әlaqәdar
                  xahişin konfransa mümkün qәdәr tez çatdırılması lazım
                  bilindi. Bunu hamıdan çox ermәnilәr istәyirdilәr. Lakin
                  tәәssüf ki, müraciәt mәtninin hazırlanması vә redaktәsi xeyli
                  vaxt apardı. Heyәtlәrin başçıları daha üç dәfә toplaşmalı
                  oldular. Nәhayәt, heç bir motivin әsas gәtirilmәdiyi mәtn
         380      üzәrindә dayandıq. Çünki ermәnilәr hәrbi qüvvәlәrin
                  çıxarılmamasının әsas motivi kimi daxili tәhlükәni (yәni
                  bizi), biz vә gürcülәr isә xarici tәhlükәni (Könüllü Ordu)
                  nәzәrdә tuturduq. Mәtn dörd dәfә dәyişdirildi. Sonda
                  müraciәtin qol-qanadı sındırılmış variantı ilә kifayәtlәnmәli
                  olduq. Sәnәd hәr uç sәdrin imzası ilә avqustun 28-dә tәqdim
                  edildi (әlavә № 1). Hәmin vaxtdan bәri görüşmәmişik. Lakin
                  mövcud faktlar öz-özlüyündә çox şey deyir.
                     Digәr tәfәrrüatları M.Hacınski Sizә çatdırar. Diqqәtinizi
                  ictimai rәyin saxta vә çığırğan teleqramlarla daha da
                  qızışdırılması kimi әnәnәvi üsuluna cәlb etmәklә mәlumatımı
                  bitirmәk istәyirәm.  Teleqramlarda ermәnilәrә qarşı
                  zorakılıqlardan yorulmadan danışılır. Әyani nümunә kimi
                  Ermәni Mәlumat Bürosunun iki gün әvvәl yaydığı teleqramı
                  әlavә edirәm. Teleqramda ermәnilәrә basqın edәnlәrin pul
                  vә silah әlә keçirdiklәri yer kimi Bakı göstәrilir (әlavә № 3).
                  Xoşbәxtlikdәn, xәbәr ciddi qәzetlәrdә çap olunmayıb.
   375   376   377   378   379   380   381   382   383   384   385