Page 379 - design_Topcubashov_Full_Layout 1
P. 379
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
“Bunlar bizim üçün son dәrәcә vacib mәsәlәlәrdir vә bu
barәdә sizinlә razılığa gәlmәyincә komissiya yaradılması
haqda konfransa birgә tәklif vermәk dәvәtinә qoşulmağımız
çox çәtindir. Hәm dә bir mәqamı dәqiq müәyyәnlәşdirmәk
lazımdır: “Komissiya nә iş görәcәk, yәni hansı mәsәlәlәrlә
mәşğul olacaq?” (Kaçaznuni). “Biz tәk deyilik, özümüzün
Türkiyәdәki qan qardaşlarımızla hәyati tellәrlә bağlanmışıq.
Birlәşmә mәsәlәmizә necә münasibәt bәslәdiyinizi bilmәk
olduqca zәruridir. Biz müstәqil Azәrbaycanın vә müstәqil
Gürcüstanın mövcudluğunu etiraf edirik. Siz dә vahid
Ermәnistanın mövcudluğunu etiraf edin. Bizdәn vә Türkiyәdәki
qan qardaşlarımızdan ötrü bu, mәnәvi baxımdan çox
әhәmiyyәtlidir” (Papacanov). “Әgәr dediyimiz mәsәlәlәrdә
razılığa gәlmәsәk, onda nәinki sizinlә birlikdә belә bir
komissiyanın tәşkili üçün konfransa müraciәt edәcәk, әksinә,
onun yaradılmasına imkan vermәmәk üçün çalışacağıq”
(Kaçaznuni).
Cәnab Aqaronyan yoldaşlarının fikrini tәsdiq etdi. Çxeidze 379
ilә mәn bildirdik ki, ingilis qoşunlarının Qafqazda qalmasına
razıyıq, lakin digәr mәsәlәlәrlә bağlı öz nümayәndә
heyәtlәrimizlә danışmalıyıq. Belәcә ayrıldıq vә qәrara gәldik
ki, müәyyәn vaxtdan sonra hәmkarlarımızın daha çoxunun
iştirakı ilә bir dә toplaşaq. Avqustun 15-dә bizim nümayәndә
heyәtinin binasında mәnim sәdrliyim altında ümumi iclas
keçirildi. İclasa dörd Qafqaz heyәtinin hamısının tәmsilçilәri
qatılmışdılar. Mәn toplantını açıb onları salamladım vә
Qafqazın bütün nümayәndә heyәtlәrinin iştirakı ilә keçәn
ilk yığıncaqdan duyduğum mәmnunluğu dilә gәtirdim. Sonra
baxmalı olduğumuz mәsәlәlәrin şәrhinә keçdim vә yuxarıdak
üç sualı iştirakçıların diqqәtinә çatdırdım. Onlar әvvәldәn
ayrı-ayrı nümayәndәliklәrdә müzakirә olunmuşdu. Tәәccübümә
rәğmәn, hәm cәnab Çxeidze (ikimizin iştirak etdiyimiz
görüşdә sualları ermәnilәr bizә vermişdilәr), hәm dә cәnab
Aqaronyan, daha sonra isә cәnab Papacanov (cәnab Kaçaznuni