Page 378 - design_Topcubashov_Full_Layout 1
P. 378

Əlimərdan bəy Topçubaşov


                  tәrkibindә Qafqaz işlәri üzrә ayrıca komissiya yaradılması
                  vaxtının çatdığını vә bu mәsәlә ilә bağlı müraciәtimizin
                  zәruri olduğunu bildirdim. Әvvәlcәdәn fikir mübadilәsi
                  aparmaq üçün cәnab sәdrlәri avqustun 4-dә yanıma dәvәt
                  etdim. Aqaronyandan başqa, qalan sәdrlәr gәldilәr. O, yerinә
                  doktor Oqancanovu 495  göndәrmişdi. Sonuncu isә öz növbәsindә
                  bildirdi ki, indiyә qәdәr bizim gürcülәr vә dağlılarla bir sıra
                  müştәrәk iclaslarımız keçirildiyindәn, sadәcә mәlumat almaq
                  mәqsәdi ilә buradadır. Yәni müvafiq sәlahiyyәti olmadığından
                  heç bir şey danışmayacaq, yalnız dediklәrimizi qeyd edәcәk.
                  Yığıncaq irәli sürdüyüm tәklifin yekdilliklә qәbul olunması
                  ilә başa çatdı. Ermәnilәrә mövqelәrini bildirmәk üçün vaxt
                  verdik. Avqustun 13-dә Aqaronyandan mәsәlә ilә bağlı fikir
                  mübadilәsi aparmaq üçün onun yanında toplaşmaq tәklifi
                  aldıq. Eyni gündә biz gürcülәr vә dağlılarla birlikdә cәnab
                  Vordropu çaya dәvәt etmişdik. Sәn demә, hәmin sәhәr
                  ermәnilәr Vordropun yanında olub müştәrәk çay süfrәmizә
         378      çağırılmadıqlarını ona deyibmişlәr. Vordropun katibi Vayt
                  mәnә telefon açıb ermәnilәrin dә çaya çağırılmalarını xahiş
                  etdi ki, birgә söhbәt imkanı yaransın. Tәyin olunmuş vaxta
                  tәxminәn 1 saat qalmışdı. Lakin buna baxmayaraq, dәrhal
                  ermәnilәri dәvәt etdim. Amma müxtәlif bәhanәlәrlә boyun
                  qaçırdılar. Nәticәdә  Vordropla çay mәclisi baş tutmadı.
                  Razılaşdığımız vaxtda Çxeidze gәldi. Biz heç nә olmamış
                  kimi bir yerdә ermәnilәrin (Aqaronyan, Papacanov, Kaçaznuni)
                  yanına, toplantıya getdik. Burada mәnim qaldırdığım Qafqaz
                  işlәri üzrә komissiya mәsәlәsi müzakirә olunarkәn fikir
                  mübadilәsi zamanı ermәnilәr aşağıdakı üç sualı verdilәr:
                  1. Qafqaz vә  Türkiyә Ermәnistanından ibarәt birlәşmiş
                  Ermәnistana münasibәtiniz necәdir? 2. Sәrhәd vә әrazi
                  xarakterli bütün mübahisәli mәsәlәlәrin burada – sülh
                  konfransında birdәfәlik hәll olunması zәrurәtini etiraf
                  edirsinizmi? 3. İngilis qoşunlarının Qafqazdan çıxarılmaması
                  ilә bağlı konfransa müraciәt etmәyi zәruri sayırsınızmı?
   373   374   375   376   377   378   379   380   381   382   383