Page 373 - design_Topcubashov_Full_Layout 1
P. 373

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           ki, bizdәn dә çox tanınan, daha mütәşәkkil qüvvә kimi çıxış
           edәn, hәtta müstәqil mövcudluq tәcrübәsinә malik olan
           xalqlar da özlәrinә yalnız müttәfiqlәr deyil, himayәdarlar,
           protektorlar, mandat sahiblәri axtarır vә hәmin mövqedәn
           istiqamәt götürәrәk bu vә ya digәr güclü dövlәtә arxalanmağa
           çalışırlar.
               Arxalanmaq mәsәlәsi növbәti vacib, hәyati әhәmiyyәtli
           addım kimi hәmişә әhәmiyyәt vә zәruriliyini saxlayır.
           Nümayәndә heyәtimiz hәlә Konstantinopolda olarkәn onu
           dönә-dönә müzakirә edib. Eyni işi burada da ardıcıl surәtdә
           görürük.
               Kimә arxalanmalı, kimә doğru istiqamәt götürmәli?
               Bir neçә iclasda aparılan müzakirәlәr zamanı İngiltәrә
           vә gәlәcәk Rusiya ilә hәlәlik yalnız ehtimal kimi düşünülәn
           yaxınlaşma mәsәlәsini nәzәrdәn keçirdik. Buraxıla bilәcәk
           mәnhus sәhvin necә saysız-hesabsız fәlakәtlәrә yol açacağını
           nәzәrә alan nümayәndә heyәti belә qәnaәtә gәldi ki, biz
           Millәtlәr Cәmiyyәtinә müraciәt etmәliyik vә mandat alacaq   373
           ölkәni hәmin tәşkilat özü müәyyәnlәşdirmәlidir. Hәm dә bu
           zaman mәsәlәnin müzakirәsini bizim vә gürcü heyәtinin
           birgә mәclisinә çıxarmaq tәklifini zәruri saydıq. Gürcülәr
           qәrarımızla razılaşdıqlarını bildirdilәr.
               Lakin müәyyәn vaxtdan sonra nümayәndә heyәti
           Mәmmәdhәsәn Hacınskinin tәklifi ilә yenidәn eyni mәsәlәyә 1
           qayıtdı. Bu dәfә artıq İngiltәrәyә müraciәt etmәk vә mәlum
           dövr әrzindә Azәrbaycanın idarәçilik mandatını öz üzәrinә
           götürmәsini istәmәk tәklifi irәli sürüldü. Hәm dә tәklifi
           sәslәndirәrkәn Hacınski dәrhal Londona getmәk, orada qәti
           qәrarımızı ingilis hökumәtinә bildirmәk, İngiltәrәnin razılığını


           1  Xarici işlәr naziri M.Y.Cәfәrov tәrәfindәn mәktub mәtninin bu hissәsi ilә
           bağlı rus dilindә belә bir qeyd yazılmışdır: “Göstәriş vermәdәn! M.Hacınskini
           tanımaq mümkündür. Hәlәlik bu mәsәlәnin qaldırılmasını vaxtından әvvәl
           atılmış addım hesab edirәm. O, hadisәlәrin tәbii gedişi nәticәsindә öz hәllini
           tapacaq. M.Y.Cәfәrov”. (Tәrc.)
   368   369   370   371   372   373   374   375   376   377   378