Page 370 - design_Topcubashov_Full_Layout 1
P. 370

Əlimərdan bəy Topçubaşov


                  günahlandırırlarsa, burada da kiçik xalqlara münasibәtdә
                  eyni ehtiyatlı, gözlәmә münasibәti, eyni cahillik vә xәbәrsizlik
                  şәraiti hökm sürmәkdәdir.
                     Ölkәmizlә bağlı siyasәt nәinki bizim iştirakımızla hәyata
                  keçirilir, әksinә, bir sıra hallarda hәmin siyasәtin tәzahürlәri
                  çox çәtin anlaşılan şәkildә meydana çıxır. Mәsәlәn,
                  Azәrbaycanda ingilis hәrbi qüvvәlәrinin italyanlarla әvәz
                  olunması barәdә xәbәr hәmin qәbildәn idi. Bu haqda Sizә
                  sәkkiz saylı mәlumatda yazmışdım. Göstәrmişdim ki,
                  italyanları belә addıma sövq edәn sәbәb qәtiyyәn bizi Könüllü
                  Ordunun, yaxud bolşeviklәrin tәcavüzündәn qorumaq deyil,
                  ilk növbәdә ölkәmizdәn gözlәdiklәri iqtisadi mәnfәәtdir.
                  Bu, tamamilә aydın mәsәlә idi vә iyunun 18-dә sәhәr
                  yemәyinә çağırdığımız cәnab Valeri bir daha tәsdiq etdi ki,
                  italyanların niyyәti uğursuzluqla nәticәlәnib, çünki onlar
                  Qafqazda hәrbi qüvvә saxlamaq iqtidarında deyillәr. Baş
                  verәn hadisәlәrdәn sonra, ehtimal ki, italyanlara Azәrbaycana
         370      gәlmәyi tәklif edәn ingilislәrin hansı mәqsәd güddüklәri
                  bizim üçün dә qaranlıq qalmaqdadır.
                     Bütün bunlara baxmayaraq, bizdә belә fikir yaranmışdı
                  ki, ingilis hәrbi qüvvәlәri ölkәmizdәki missiyalarını davam
                  etdirәcәklәr. Lakin sonradan mәlum olduğu kimi, hәmin
                  qәnaәtdә yanıldığımız bilindi. Tәkcә biz yox, digәr Zaqafqaziya
                  respublikalarının – Gürcüstan vә Ermәnistanın tәmsilçilәri
                  dә gümanlarında aldanmışdılar. İngilis nümayәndә heyәtinin
                  üzvlәri ilә şәxsi görüşlәrimizdә dә heç bir şey aydınlaşdıra
                  bilmәdik. Yalnız bir mәsәlәni öyrәnә bildik ki, hәrbi qüvvәlәrin
                  geri çağırılması barәdә artıq ingilis hökumәti öz qәrarını
                  verib. Onda biz, gürcülәr vә ermәnilәr bir yerә toplaşdıq,
                  müzakirә apardıq, sülh konfransına vә Müttәfiq dövlәtlәrin
                  hәr birinә ayrılıqda müraciәt etmәk vә respublikalarımızın
                  taleyi hәll olunana qәdәr konfransın qәrarı ilә Müttәfiq hәrbi
                  qüvvәlәrin ölkәlәrimizdә saxlanılması ilә bağlı mәsәlә
                  qaldırmaq qәrarına gәldik. Hәr üç nümayәndә heyәti sәdrinin
   365   366   367   368   369   370   371   372   373   374   375