Page 372 - design_Topcubashov_Full_Layout 1
P. 372

Əlimərdan bəy Topçubaşov


                  göstәrәni rәğbәt görә bilәr. İndi Estoniya belә әlverişli
                  vәziyyәtdәdir. Onun tәmsilçilәri bir vaxtlar adı çәkilәn
                  Pişonun etimadını qazanmışdılar vә nazir onlara başa salmışdı
                  ki, mübarizәdәki fәallıqlarına görә Estoniya Respublikası
                  istiqlalının tanınacağına ümid edә bilәr.  Yeri gәlmişkәn,
                  cәnab Pişon, deyәsәn, yalnız adamları nә ilәsә
                  ümidlәndirmәkdә sәxavәtlidir. Mәsәlәn, hәlә biz gәlәnә
                  qәdәr o, N.S.Çxeidzeyә demişdi ki, Gürcüstanın mәsәlәsi
                  çox aydın vә sadәdir.  Amma onun Gürcüstana vә bizә
                  münasibәtini әks etdirәn fikirlәrini oxuyun (әlavә № 2).
                  Müttәfiq dövlәtlәrin xatırlatdığım ümumi planı onların әsas
                  nümayәndәlәrinin hәlәlik bizimlә birbaşa ünsiyyәtdәn
                  çәkinmәlәrinin әsas sәbәbidir. Bu cür görüşlәr keçirmәklә
                  bağlı fikirlәrimi ayrıca mәktublarla cәnab Pişona, Klemansoya,
                  Balfura vә b. çatdırmışam. Digәr şәxslәr dә eyni mәsәlә ilә
                  bağlı bir neçә dәfә müraciәt ediblәr. Hәtta Balfurdan (katibi
                  vasitәsilә) mәktub almışam ki, o, hәddәn artıq mәşğul
         372      olduğuna görә hәlәlik mәni qәbul edә bilmir vә buna görә
                  üzrxahlığını bildirir. Yenә hәmin Balfur hәr dәfә nümayәndә
                  heyәtindәn aldığı mәktublara, sülh konfransına müraciәt -
                  lәrimizin surәtlәrinә, habelә konfransa tәqdim etdiyimiz
                  memorandum mәtnlәrinin nüsxәlәrinә görә yazılı
                  minnәtdarlığını yetirir. Sülh konfransının baş katibliyi dә
                  eyni ilә bu cür hәrәkәt edir. Bir sözlә, hamı nәyi isә gözlәyir
                  vә hәlәlik müstәqilliklәri tanınmayan kiçik xalqların
                  tәmsilçilәrinin burada olmalarına dözürlәr.
                     Biz dә dözür vә gözlәyirik. Görünür, keçmiş Rusiya
                  әrazisindә meydana çıxan yeni respublikaların nümayәndә
                  heyәtlәrinin hamısının tәxminәn eyni vәziyyәtdә olması
                  müәyyәn tәskinlik әhval-ruhiyyәsi yaradır. Belә vәziyyәtdә
                  çıxış yolu, kömәk vә yardım aramaq olduqca tәbiidir. Lakin
                  harada vә kimin timsalında? Xalqımızın müstәqil mövcudluq
                  haqqı şübhәsizdir! Bu barәdә mümkün olan hәr yerdә danışır
                  vә yazırıq. Lakin tәk bizim dediklәrimiz azdır. Çünki görürük
   367   368   369   370   371   372   373   374   375   376   377