Page 369 - design_Topcubashov_Full_Layout 1
P. 369

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           halda şair-fatehin partizanlarının sayı günbәgün artır, onların
           sırasında artıq krala qohumluğu çatan prins dә var.  Yeri
           gәlmişkәn, hәmin prins indi polkovnik Qabbanın hәrbi
           missiyası ilә birlikdә Bakıya gәlib. Bu da Sizә xalqların sülh
           konfransı! Qeyd edim ki, get-gedә konfrans özü dә tәdricәn
           arxa plana keçmәyә başlayır. Yanvarda onun açılışı zamanı
           fәaliyyәt göstәrәn yüksәk sәviyyәli hökumәt başçılarından
           hәlәlik yalnız Klemanso yerindә möhkәm oturub. Digәr
                                                                483
           Müttәfiq dövlәtlәrin tәmsilçilәri (Lloyd Corc,  Tittoni ,
           Lansinq 484  vә Makino) artıq çıxıb getmiş vә ikinci dәrәcәli
           adamlarla әvәz olunmuşlar. Bütün bunlar azmış kimi, bu
           günlәrdә qәzetlәrdә konfransın әsas orqanı sayılan Beşlәr
           Şurasının tәrkibinin dәyişilmәsi, hәtta lәğv olunması ehtimalı
           barәsindә yazmışdılar. Qeyd edilir ki, Beşlәr Şurası daha iki
           hәftә, yәni oktyabrın ortalarına qәdәr iclaslarını keçirәcәk.
           Sonra isә Şuranın Müttәfiq dövlәtlәrin Parisdәki sәfirlәrinin
           Mәclisi ilә әvәz olunacağı gözlәnilir. Hәmin Mәclis “ad
           hoc” (lat.: “bunun üçün”; zәrurәt yarananda konkret bir     369
           mәsәlәnin müzakirәsi üçün – Tәrc.), yәni qeyri-müntәzәm
           toplaşacaq. Mәclisin toplaşma yeri kimi London göstәrilir.
               Bütün bunlar, ola bilsin ki, yalnız layihәdir. Lakin
           Avropanın xarici siyasәtinin istiqamәtindә dönüş baş verәcәyi
           şübhәsizdir. Kabinet dәyişikliklәri, çox ehtimal ki, özünü
           uzun müddәt gözlәmәyә mәcbur etmәyәcәkdir. İngiltәrәnin
           hökumәt kabineti ilә bağlı artıq göstәrilәn istiqamәtdә
           müәyyәn rәy mövcuddur. Hәm dә Balfurun yerinә lord
           Kerzonun xarici işlәr naziri olacağı söylәnilir.
               Әlbәttә, düşünmәk olar ki, yeni şәxslәrin gәlişi ilә bizim
           üçün başqa, bәlkә, indikindәn daha münasib şәrait yaranacaq.
           Lakin hәlәlik vәziyyәtimiz o qәdәr dә ürәkaçan deyil. İngilis
           komandanlığının nümayәndәlәri İrәvan quberniyası vә Qars
           vilayәtindә yerli müsәlman әhaliyә qarşı әdalәtsiz hәrәkәtlәrә
           göz yumurlarsa, tәdbir görmәk bir yana qalsın, açıq-aşkar
           şәkildә yanlış mövqe tutub hәr şeydә yalnız müsәlmanları
   364   365   366   367   368   369   370   371   372   373   374