Page 364 - design_Topcubashov_Full_Layout 1
P. 364
Əlimərdan bəy Topçubaşov
Nazirliyinin blankında olsa da, tәәssüf ki, möhürlәnmәyib
vә imzalanmayıb. Yalnız sondakı qeydin altında Sübhanver -
dixanovun imzası var. Bu baxımdan göndәrilәn bütün
mәktubların, mәlumatların, hәqiqәtәn dә, dövlәt sәnәdlәrinә
vә vәsiqәlәrinә çevrilmәlәri üçün onların lazımi şәkildә
tәrtib edilmәlәri arzu olunan, hәtta deyәrdim ki, zәruri
xarakter daşımalıdır.
Mәlumatların mәzmunu ilә bağlı bildirmәliyәm ki,
Müttәfiqlәr, Könüllü Ordu vә qonşularımız ermәnilәr tәrәfindәn
indiyә qәdәr bizә bәslәnilәn vә bәslәnmәkdә olan münasibәt
burada gördüyümüz vә şahidi olduğumuz münasibәtlә üst-
üstә düşür.
Müttәfiqlәr müstәqilliyimizlә bağlı mәsәlәni nәinki
müzakirәyә çıxarmaq, hәr şeydәn göründüyü kimi, heç bu
haqda düşünmәk dә istәmirlәr. Doğrudur, tәmsilçilәri ilә
görüş vә söhbәtlәr zamanı ayrı-ayrılıqda hәr biri xeyirxah
münasibәt göstәrir, müstәqillik yolunda atdığımız addımları
364 tәqdir edir, rәğbәtlәrini bildirirlәr. Eyni sözlәri daha artıq
dәrәcәdә hәm dә mәtbuat nümayәndәlәrindәn, deputatlardan,
ictimai, iqtisadi vә digәr tәşkilatların әmәkdaşlarından eşitmәk
mümkündür. Lakin problemimizin uğurlu hәlli istiqamәtindә
әn kiçik irәlilәyiş baxımından vәziyyәt iyunda vә iyulda
Sizә göndәrdiyim mәlumatlarda (№ 7, 8) tәsvir olunan
şәkildә qalmaqda davam edir.
Dәqiq desәm, leytmotiv yenә әvvәlkidir, yәni ümumrusiya
mәsәlәsi hәll edilәnә qәdәr! Bu sözlәri çox adamdan, hәm
dә çox tez-tez eşitmәli oluruq. Heç şübhә yoxdur ki, cavablarda
Müttәfiqlәrin fikir, arzu, plan vә qarşıya qoyduqları mәqsәdlәr
vә s. öz әksini tapıb. Onların bir qismi (İtaliya, Fransa),
hәqiqәtәn dә, vahid Rusiyanın bәrpasını istәyir, digәr qismi
isә (İngiltәrә, Amerika) özlәrini sanki bunu istәyirmiş kimi
göstәrirlәr. Omskda hökumәt quran Kolçakın Rusiyanın Ali
hakimiyyәti kimi tanınması ilә bağlı beş dövlәt başçısının
iyunun 30-da imzaladıqları vә artıq Sizә dә mәlum olan