Page 361 - design_Topcubashov_Full_Layout 1
P. 361
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
Mәsәlәn, indi cәnab Tahirov haqda danışırlar. O, bura
hansı sәlahiyyәtlә gәlir? Heç nәdәn xәbәrimiz yoxdur. Özü
Konstantinopoldan yazmışdı ki, hökumәtimizin ticarәt
mәsәlәlәri ilә әlaqәdar Romaya gedir. Eyni mәsәlә ilә
әlaqәdar müxtәlif tәrәflәrdәn addımlar atılması çox ciddi
narahatlıq doğurur. Çünki belә addımlar anlaşılmazlıq yaradır,
lüzumsuz vә artıq hәrәkәtlәrin meydana çıxmasına sәbәb
olur.
XI
Bizim Konstantinopoldakı tәmsilçiliyimizlә bağlı yaxın -
larda Sәfvәt bәy Mәlikovdan mәktub almışam. Bildirir ki,
onun sorğularına cavab verilmir. Әgәr Sәfvәt bәyә ehtiyac
yoxdursa, bu barәdә özünә bildirmәk lazımdır. Onun yerinә
başqasının tәyin olunması nәzәrdә tutulubsa, hәmin şәxsi
dәrhal göndәrmәk lazımdır. Mәn Konstantinopoldan çıxarkәn
Sәfvәt bәyi tәmsilçiliyә müvәqqәti tәyin etmiş vә yalnız üç
aylıq vәsait vermişdim. İyulun 22-dә hәmin vaxt başa çatır. 361
O, maddi cәhәtdәn çox ehtiyac içindә olduğunu yazır, әn
әsası isә Bakıdan – Sizdәn hәr hansı xәbәr alacağına ümid
bәslәmir. Mәsәlәnin aydınlaşdırılması hәr cәhәtdәn faydalı
olardı. Bu işlә maraqlanmağınızı xahiş edirәm.
XII
Eyni zamanda imkan daxilindә nümayәndә heyәti
üzvlәrinin ailәlәri ilә әlaqә saxlaması mәsәlәsinә daha çox
qayğı vә diqqәtlә yanaşmağınızı istәrdim.
Bizә nadir hallarda rәsmi poçt göndәrilәn vaxtlarda da,
çox güman, heyәt üzvlәrinin ailәlәrinә xәbәr verilmir. Ona
görә dә hәtta gecikmiş mәktubları da hamı ala bilmir. Bu isә
öz növbәsindә haqlı narazılıq vә giley-güzar doğurur.
Zәnnimcә, rәsmi poçtun göndәrilmә tarixi barәdә ailәlәrә
xәbәr vermәk elә dә çәtin deyildir. Mövcud vәziyyәtdә әlaqә
saxlamaq baxımından çıxılmaz vәziyyәtdә qalan vә