Page 356 - design_Topcubashov_Full_Layout 1
P. 356
Əlimərdan bəy Topçubaşov
Yuxarıda qeyd etdiklәrimdәn başqa, italyanlarla
münasibәtlәrin qurulmasına İtaliyada hökumәt kabinetinin
süqutu vә sülh konfransına yeni italyan heyәtinin göndәrilmәsi
dә mane oldu. İyunun 28-dә yanımda olan Valeri dә İtaliya
hökumәtinin Qafqaza qüvvәlәr göndәrmәsi ilә bağlı
tәrәddüdlәrindәn danışarkәn fikirlәrini şәraitin qeyri-
müәyyәnliyi ilә әsaslandırırdı.
Әgәr belә bir gәliş baş tutsa, әsas motiv, heç şübhәsiz,
güdülәn iqtisadi maraqlardır. Bu güzәşt İtaliyaya, çox güman
ki, bir şey ala bilmәdiyi Fium 469 vә digәr yerlәrin kompen -
sasiyası kimi edilir. Bütün bunlar hәlәlik ehtimallardır. Lakin
indiki halda hәmin mәsәlәlәrdә iqtisadi maraqların birinci
yerdә durduğuna iyulun 7-dә dağlıların tәşkil etdiklәri
naharda bir daha inandıq. İtaliyanın Parisdәki sәfirliyinin
attaşesi qraf Sadino vә gürcü nümayәndәlәri dә nahara dәvәt
olunmuşdular. Fikir mübadilәsindәn aşağıdakılar aşkara
çıxdı:
İtaliya Qafqazda siyasi deyil, yalnız iqtisadi maraqlar
356
güdür.
İtaliya Millәtlәr Cәmiyyәtindәn Qafqazın idarә olunması
üçün mandat alacaq, lakin o, hәmin hüquqdan yalnız region
әhalisinin razılığı ilә istifadә etmәk istәyir.
İtaliya Qafqazda üç-beş ildәn çox qalmayacaq.
Bu müddәt әrzindә Qafqaz respublikaları konfederasiyada
birlәşәrlәr, daha da güclәnәr vә o zaman talelәrini dә özlәri
hәll edәrlәr.
Hәm dә әgәr bu müddәt әrzindә Rusiya Federativ
Respublikaları yaranarsa, Qafqaz Konfederasiyası Rusiya
Federasiyasının tәrkibinә daxil ola bilәr vә o zaman italyanlar
da Qafqazdan gedәr.
İtaliya nә Denikinlә, nә başqa heç kәslә vuruşacaq.
Qafqaz ordu saxlaya bilәr. Bu işdә İtaliya da öz tәrәfindәn
ona yardım göstәrә bilәr.
Bizim nümayәndә heyәti üzvlәrinin apardıqları ümumi
söhbәtlәrdәn bu vә buna bәnzәr nәticәlәrә gәlmәk mümkündür.