Page 351 - design_Topcubashov_Full_Layout 1
P. 351

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           vә dağlılarla birlikdә üçtәrәfli ümumi iclaslara toplaşmışıq.
           Nәhayәt, keçmiş Rusiyadan ayrılan vә öz respublikalarını
           yaradan bütün yeni dövlәtlәrin – Estoniya, Gürcüstan,
           Latviya, Şimali Qafqaz, Belarusiya, Ukraynanın vә bizim
           birgә iclasımız olub.
               Nәticәdә nümayәndә heyәti iyulun 5-dә Kolçak hakimiy -
           yәtinin bütün keçmiş Rusiya әrazisindә tanınma ehtimalı ilә
           bağlı etiraz notasından başqa (bax: mәlumat № 7, sәhifә 10,
           paraqraf 5), iyunun 17-dә yuxarıda sadalanan bütün
           respublikalar, iyunun 23-dә isә Azәrbaycan, Gürcüstan vә
           Şimali Qafqaz respublikaları adından da konfransa etiraz
           notaları tәqdim edib. Onların surәtlәri әlavә olunur.
               Qafqaz respublikaları adından iyunun 23-dә verilәn
           notada Kolçak vә Denikin әleyhinә etirazımız bildirilir.
               Nәhayәt, Denikinin Şimali Qafqaz Respublikasının
           әrazisini işğal etmәsi, Dağlılar hökumәtini vә Parlamentini
           qovması, habelә Azәrbaycan vә Gürcüstan respublikalarının
           mövcudluğuna tәhlükә yaratması barәdә tanınmış sosial-      351
           demokrat, “Keçmiş Rusiya millәtlәrinin hüquqlarını müdafiә
           cәmiyyәti”nin sәdri Albert Tomasın 465  tәşәbbüsü ilә sayca
           dördüncü etiraz notası hazırlanıb. Bu notanı bizim heyәtin
           üzvlәrindәn Ә.Şeyxülislamov vә Mәhәrrәmov da imzalayıblar.
           Hәmin sәnәd bu günlәrdә Müttәfiq dövlәtlәrin (“Alliees”)
           xarici işlәr nazirlәrinә tәşәbbüskarın özü tәrәfindәn tәqdim
           edilәcәk. Notanın surәti әlavә olunur.


                                     III
               Yuxarıda xatırladılan ümumi yığıncaq vә birgә çıxışlar,
           heç şübhәsiz, hәm Qafqaz respublikalarının, hәm dә keçmiş
           Rusiya әrazisindә yaranan digәr respublikaların nümayәndә
           heyәtlәrinin daha da yaxınlaşmasına kömәk edir.
               Biz hamı üçün mәqbul sayılan addımlar atmağa özümüzü
           borclu bilirik. Qonşu respublikalarla yaxın münasibәtlәrin
           yaranması isә daha sevindiricidir.
   346   347   348   349   350   351   352   353   354   355   356