Page 353 - design_Topcubashov_Full_Layout 1
P. 353

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           mövcud olmadığı bir şәraitdә qәrarımızı tәklif etdiklәri
           ittifaq ideyasından boyun qaçırmaq kimi qiymәtlәndirdilәr.
               Onların bu cür incik әhval-ruhiyyәsinin Denikinin
           tәcavüzkar hücumu nәticәsindә dağlı xalqları nümayәndәlәrinin
           düşdüklәri acınacaqlı vәziyyәtin әks-sәdası kimi ortaya
           çıxdığını söylәmәyә ehtiyac varmı?
               Bizim, zәnnimcә, hәm dә bütün azәrbaycanlıların dağlılara,
           xüsusәn dә Dağıstana münasibәtimiz taleyin dönüklüklәrinә
           baxmayaraq, hәr zaman sevgi vә qardaşlıq olub, bundan
           sonra da belә olaraq qalacaq.
               Sonda onu da demәliyәm ki, nümayәndә heyәti
           xalqlarımızın ümumi mәnafelәri naminә indiyә qәdәr olduğu
           kimi, bundan sonra da hәm dağlılar, hәm dә gürcü tәmsilçilәri
           ilә әlaqәlәrini davam etdirәcәkdir.
               İtaliyanın ölkәmizә gәlmә ehtimalları haqda polkovnik
           Qabbanın 466  hәrbi missiyasının tәrkibindә olmuş Valeri bizә
           әtraflı şәkildә mәlumat verdi. O, iyunun 13-dә mәnimlә
           görüşdü. Zaqafqaziyanın iqtisadi durumunu çox tünd boyalarla
                                                                       353
           tәsvir edәn, xüsusәn dә maliyyә vәziyyәtinin artıq fәlakәt
           hәddinә çatdığını söylәyәn Valeri yerli әhalinin ingilislәrә
           münasibәti mәsәlәsinә dә toxundu vә bildirdi ki, Azәrbaycan
           hökumәti özü mümkün qәdәr çox italyan әsgәrinin
           göndәrilmәsinә razılıq verib. Sonra isә әlavә etdi ki, “әgәr
           ölkәnizә ordu göndәririksә, bu heç dә işğalçılıq siyasәti,
           yaxud jandarm rolu oynamaq mәqsәdi daşımır, yalnız mәdәni
           vә iqtisadi niyyәtlәrә xidmәt edir. Lakin mәsәlә bundadır ki,
           indiki mәrhәlәdә kifayәt qәdәr ağır olan bu yükü üzәrimizә
           götürmәyә çәtinlik çәkirik. Mәn bura Sizin fikrinizi öyrәnmәyә
           gәlmişәm. Qabaqcadan nәzәrinizә çatdırıram ki, indiki halda
           mәsәlәnin siyasi tәrәfinә toxuna bilmәyәcәyәm”.
               Söhbәtin gedişindәn mәlum oldu ki, italyanlar ümumәn
           onları dәvәt etmәyimizi vә gәlişlәrinә razılığımızı hansısa
           yolla bildirmәyimizi istәyirlәr.
               Vәziyyәtin belә qeyri-müәyyәnliyi nümayәndә heyәtindәn
           ilk növbәdә burada işlәrin ümumi gedişi ilә әtraflı tanış
   348   349   350   351   352   353   354   355   356   357   358