Page 355 - design_Topcubashov_Full_Layout 1
P. 355
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
sәlahiyyәt hәddini aşıb, bu mәsәlәdә, tәәssüf ki, xaricdәki
bәzi silah yoldaşları ona müәyyәn mülayimliklә yanaşırlar.
Müstәqil Dağlılar dövlәti qurulmasının mümkünlüyü
ehtimalları ilә bağlı isә cәnab Simpson mәsәlәnin reallığına
şübhә etdiyini söylәdi.
İngiltәrә tәmsilçilәrinin Britaniya silahlı qüvvәlәrinin
Qafqazdan çıxmaları ilә bağlı yuxarıda xatırlatdığım
bәyanatları, aydın mәsәlәdir ki, diqqәtimizi italyanlarla
yaxınlaşma yolları axtarmağa yönәltdi.
Digәr oxşar tәsadüflәrdә olduğu kimi, bu mәsәlәdә dә
qarşımızı kәsәn әsas maneә Sizdәn heç bir xәbәr almamağımız
idi. Mәn yalnız qәzetlәrdәn bәzi yarımçıq mәlumatlarla tanış
ola bilmişdim.
IV
Tahirovun 468 gәlişini gözlәyirdik. O, hәlә ayın 7-dә
Konstantinopoldan çıxacağını bildirmişdi. Lakin indiyә qәdәr
1
bir xәbәr yoxdur. Әvәzinә Xoven gәlib. Özü ilә mәktub vә 355
qәzetlәri gәtirib.
1 Burada adı çәkilәn Nikolay Nikolayeviç Xoven Pribaltikadan olan alman
әsilli baron Xovenlәrin nәslindәn idi. Gәnclik illәrindә Bakı qubernatorlu -
ğunda çalışmış, Azәrbaycan türklәrinә rәğbәtli münasibәtini heç zaman
gizlәtmәmişdi. Mühacirlik hәyatı dövründә dә Әlimәrdan bәylә әlaqәlәrini
kәsmәmişdi. Parisdә bir müddәt onun mәnzilindә yaşamış general Sadıq bәy
Ağabәyzadә qohumu Әli bәy Hüseynzadәyә 31 mart 1922-ci il tarixli
mәktubunda onu daha geniş tәqdim edәrәk yazırdı: “Bir neçә kәlmә dә baron
Xoven haqqında demәk istәrdim. O, rus ordusunun polkovnikidir. Deyir ki,
sәn Bakıdan onu tanıya bilәrsәn. Çünki 1900-cü ildә qubernatorluqda çalışıb.
Rus, fransız, ingilis, alman vә fars dillәrini mükәmmәl bilir. Bakıda yaşayar -
kәn 1897-ci ildә islamı qәbul edib vә 35 yaşında sünnәt olunub. Hәm dә bu
addımı elә vaxtda atıb ki, rus hökumәti belә hәrәkәt edәnlәri katorqaya
göndәrirdi. Onun islam dinini qәbul etmәsi haqqında rәhbәrliyә mәlumat
verilәndә әvvәl ciddiyә alıb inanmayıblar. Uzun müddәt sadәcә şayiә sayıblar.
Müsәlman adı Mәnsurdur. Atası Nikolay Yerusәlimdә doğulduğu üçün özünü
Mәnsur Muğdusi (Müqәddәs Nikolay) oğlu adlandırır. Körpә qızına Ayişә adı
qoyub. Müsәlman türklәri, o cümlәdәn Azәrbaycanı dәhşәtli dәrәcәdә sevir”.
(Tәrc.)