Page 360 - design_Topcubashov_Full_Layout 1
P. 360

Əlimərdan bəy Topçubaşov


                                            IX
                     1. Bir neçә birgә iclas keçirdiyimiz gürcü vә dağlı
                  nümayәndә heyәtlәri ilә yanaşı, fars heyәti ilә dә iki dәfә
                  görüşmüşük. Yeddi saylı mәlumatda da xәbәr verdiyim kimi,
                  bu heyәt öz memorandumunda bütün keçmiş Azәrbaycan
                  xanlıqları ilә bağlı әrazi iddiası irәli sürüb. Onlar iddialarını
                  tarixi dәlillәrlә әsaslandırmağa çalışırlar. Lakin motivasiyaları
                  çox zәifdir. Görünür, özlәri dә tәlәblәrinin yerinә yetirilәcәyinә
                  inanmırlar. Әlbәttә, burada başqa bir motiv dә var. O da
                  Qafqaz Konfederasiyası yaradılmasının qeyri-mümkünlüyüdür.
                  Farslar deyirlәr ki, әgәr hәmin variant alınmasa, iranlılarla
                  birlәşmәyimiz münasib olardı. Onlar bunu çox istәyirlәr.
                  Xüsusilә dә özlәrindә bizdәki kimi ziyalıların olmadığını
                  etiraf edirlәr.
                     2. Estoniya, Latviya, Belarusiya vә Ukrayna nümayәndәlәri
                  ilә dә münasibәtlәr qurmuşuq.
                     3. Polşa nümayәndә heyәtinin başçısı cәnab Dmovski 472
                  bizi sәhәr yemәyinә dәvәt etmişdi. Sәhәr yemәyindә Polşa
         360
                  Nazirlәr Şurasının sәdri cәnab Paderevski 473  dә iştirak edirdi.
                  Onunla da qarşılıqlı görüşlәrimiz oldu.
                     4. İyunun 18-dә Fransa Xarici İşlәr Nazirliyi Şәrq
                  şöbәsinin işçisi Qu ilә görüşdük.
                     5. Nümayәndә heyәtimizin İngiltәrә vә İtaliyanın baş
                  nazirlәri ilә görüşü hәlә baş tutmayıb. Çünki bütün iyun ayı
                  әrzindә Beşlәr Şurası 474  Almaniya ilә sülh müqavilәsi
                  mәsәlәlәriylә mәşğul olub.

                                             X
                     Nümayәndә heyәtinin iqtisadi addımlarına (mәlumatın
                  VIII paraqrafı) qayıdaraq bizim Ticarәt vә Sәnaye Nazirliyinin
                  bu vә ya digәr malların alınması üçün müxtәlif adamlara
                  çox asanlıqla, hәtta deyәrdim ki, mәsәlәnin mahiyyәtinә
                  varmayacaq dәrәcәdә yüngülbeyinliklә icazә vermәsinә
                  diqqәti cәlb etmәk istәrdim. Bu işlәrlә bağlı әn azı nümayәndә
                  heyәtinә xәbәr vermәk lazım idi.
   355   356   357   358   359   360   361   362   363   364   365