Page 357 - design_Topcubashov_Full_Layout 1
P. 357
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
Şübhәsiz, hәmin söhbәtlәr şәxsi xarakter daşıyırdı. Lakin
İtaliya diplomatlarından birinin fikri maraq doğurur. İngilis
tәmsilçinin cavabı ilә әlaqәdar qraf Sadinonun (mәtndә
sәhvәn “Sabina” kimi getmişdir – Tәrc.) vә Valerinin fikirlәri
arasındakı yaxınlığı qeyd etmәliyәm. İndi italyanlara doğru
addım atmalıyıq. Hәmin addımları üç nümayәndә heyәti –
gürcülәr, dağlılar vә biz, hәmişә birlikdә olmasaq da, hәr
halda ümumi razılıq әsasında atacağıq.
V
Belәliklә, istәmәsәk dә, şәrait yeni istiqamәt götürmәyә
mәcbur edir. Buna görә dә ardıcıl әlaqә saxlamaq vә bir-
birimizi mәlumatlandırmaq son dәrәcә vacibdir. Әvvәllәr dә
bu mühüm şәrtin zәruriliyini dönә-dönә vurğulamağı özümә
borc bilirdim – “sine qua non” (lat.: “qaçılmaz addım” –
Tәrc.) – bu, ilk növbәdә atmalı olduğumuz qaçılmaz addımların
qәtiliyindә vә yerlәrdәki hәqiqi şәraitә uyğunluğunda tәzahür
etmәlidir. İndi hәmin zәrurәt daha kәskin şәkildә hiss olunur.
357
Güman edirәm ki, bundan ötrü vәsaitә qızırqalanmaq lazım
deyil.
Әlinizin altında adamlar var. Onlardan iki hәftәdә bir
dәfә kuryer göndәrmәk olardı. Hәmin kuryerә gәliş-dönüş
üçün Müttәfiq dövlәtlәrin tәmsilçilәrindәn müvafiq icazә
almaq mümkündür. Parisdә bizim münasib adamlarımız
yoxdur. Ona görә dә indiki vәziyyәtdә olduğu kimi, tәsadüfәn
әlә düşәn fürsәtdәn istifadә edirik. Burada ölkәdәn çıxış
icazәsi almaq hәddәn artıq çәtindir. Bizim millәtdәn olanlar
üçün isә hәmin çәtinlik qat-qat çoxdur.
Başqalarına etibar etmәk dә tәhlükәlidir. Yeganә münasib
adam, yәqin ki, baron Xovendir. Bәlkә dә, onun xidmәtindәn
istifadә edәcәyik (lakin bunun da öz “amma“sı var...).
VI
Biz, tәbii ki, iyunun 27-dә baron Xoven tәrәfindәn
gәtirilәn materiallarla tanış olduq. Aralarında M.Y.Cәfәrovun