Page 358 - design_Topcubashov_Full_Layout 1
P. 358
Əlimərdan bəy Topçubaşov
“mәxfi” qrifi ilә M.Hacınskinin adına göndәrdiyi üç zәrf dә
vardır. Hәr üç zәrfdә, sonradan da aydın olduğu kimi, yalnız
nümayәndә heyәti ilә bağlı mәktublar vә sәnәdlәr toplanmışdı.
Biz onları nümayәndәliyin sәnәdlәrinә әlavә etdik.
Şifrәli teleqramın mәzmunu, elәcә dә Şimali Qafqaz,
Dağıstan, Qarabağ, İrәvan quberniyası, Qars vilayәti vә
Axalsıx qәzasında baş verәnlәrlә bağlı hökumәtin rәsmi
sәnәdlәri, hәmin hadisәlәr haqda әvvәllәr qәzetlәrdәn bәzi
mәlumatlar әldә etmәyimizә baxmayaraq, bizi çox
hәyәcanlandırdı.
Әlbәttә, müvafiq şәraitdә bütün mәlumatlardan
yararlanacağıq. Lakin yeni kursun şәrtlәrinin meydana çıxdığı
indiki vaxtda ingilislәrin Qarsın vә digәr әyalәtlәrin daxili
işlәrinә vә maliyyә mәsәlәlәrinә qarışmaları ilә әlaqәdar
çıxışlar etmәk son dәrәcә riskli addım olardı.
Belә çıxışlara hәr dәfә çox diqqәtlә yanaşmaq lazımdır
vә әlbәttә, yenә dә mümkün olan hәr işi görmәk borcumuzdur.
358
VII
Böyük tәәssüf hissi ilә demәliyәm ki, göndәrilәn materiallar
arasında Qafqaz Konfederasiyası ilә bağlı mәlumata tәsadüf
etdik. Doğrudur, Azәrbaycan nümayәndәlәrinin konfransla 470
bağlı protokollarını böyük maraqla oxuduq. Lakin heyәtimizin
tәklifinә münasibәt, konfransın hansı işlәr gördüyü bizә
mәlum olmadı. O artıq başa çatıbmı vә s. vә i.a. Qarşılıqlı
münasibәtlәr baxımından bütün mәlumatlar burada bizә çox
lazımdır. Çünki indi yaxşı mәlumat hәr şey demәkdir. Misal
üçün, ermәnilәr ardıcıl şәkildә belә mәlumat alır vә baş
verәn hadisәlәrdәn hәmişә zamanında xәbәr tuturlar.
Әgәr bizә bunca inamsızlıqla yanaşmasaydılar, onların
bilgilәrindәn istifadә etmәk olardı.
Mәsәlәn, dörd gün әvvәl (6 iyul) Kaçaznuni 471 vә
Papacanov yanımızda idilәr. Sonuncu iyunun 17-dә Şuşada
bizimkilәrlә ermәnilәr arasında qanlı toqquşmalar olduğunu