Page 363 - design_Topcubashov_Full_Layout 1
P. 363
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
№ 9
22–25 sentyabr 1919-cu il
AZӘRBAYCAN RESPUBLİKASI
NAZİRLӘR ŞURASININ SӘDRİNӘ
Cәnab Sәdr!
Sizә çatdırmağı özümә şәrәf bilirәm ki, cәnab Berlin
vasitәsilә bu il sentyabrın 14-dә Qafqaz, xüsusәn dә
Azәrbaycanın daxili vә xarici hәyatı ilә bağlı mәlumatları
әks etdirәn, Xarici İşlәr Nazirliyinin blankında yazılmış 21
avqust tarixli 2896 saylı mәktubu almışıq.
Göndәrilәn mәlumatların mühüm qisminin artıq müxtәlif
qaynaqlardan bizә bәlli olmasına baxmayaraq, bu, nümayәndә
heyәtinin ölkәdә baş verәn hadisәlәrlә bağlı öz hökumәtindәn
aldığı ilk, әtraflı bilgidir; әn başlıcası isә göndәrilәn suallara
363
aldığımız ilk cavabdır. Lakin çox tәәssüf ki, istәdiyimiz
sәnәd vә qәzetlәr әlavә edilmәyib. Cәnab Sübhanverdixanov 475
onları cәnab Atamalıbәyovun 476 şәxsәn gәtirәcәyini yazır .
1
Sәnәdlәr vә qәzetlәr göndәrilsәydi, artıq haqqında mәlumat
verdiyimiz bir sıra faktların tәsdiqi kimi onları burada
yaymaq imkanı әldә edәrdik. Hәm dә mәlumat Xarici İşlәr
1 Cәnab Berlinlә Parlamentin Sosialist fraksiyasından deputatı cәnab
Atamalıbәyovun Qәrbi Avropaya gәlişlәri eyni vaxta tәsadüf etdiyindәn cәnab
xarici işlәr naziri M.Y.Cәfәrov vacib hökumәt mәlumatlarının yalnız sonuncu
vasitәsilә göndәrilmәsini vә hәmin sәnәdlәrin yalnız ona etibar edilmәsini
mәqsәdәuyğun saymışdır. Buna әsaslanaraq, cәnab Berlinin nümayәndә
heyәtinin kuryeri kimi tam әliboş gәlmәmәsi üçün cәnab xarici işlәr naziri
Atamalıbәyovun gәtirdiyi mәlumatların yalnız surәtlәrini, hәm dә mәxfi
xarakter daşıyan faktlarla bağlı hissәlәrini (mәsәlәn, Zәngәzur, Dağlı
Respublikasının Denikinlә demarkasiya xәtti haqqında vә s.), ağ buraxılması
şәrti ilә, onunla göndәrilmәsinә qәrar vermişdir. (Müәllifin qeydi.)