Page 367 - design_Topcubashov_Full_Layout 1
P. 367

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           iştirakı ilә  Amerika nümayәndә heyәtinin tәmsilçisi
           Morqentaudan Müttәfiqlәrin bizi tanıyıb-tanımayacaqlarını
           soruşdum) ya yayğın cavablar verir, ya da qәrarlarını açıq
           şәkildә demirlәr.  Ancaq düşünürәm ki, mәsәlә tәkcә
           nәzakәtlilikdә deyil, çünki siyasi vәziyyәt elә mürәkkәb vә
           qarma-qarışıq şәkil alıb ki, indiki vaxtda Müttәfiqlәrin
           Rusiyanın vә ondan qopub ayrılmış әrazilәrin gәlәcәyi ilә
           bağlı hansısa qәrarının mövcudluq ehtimalı mәnә dә şübhәli
           görünür. Çox güman ki, hәr şey Kolçak, Denikin vә Yudeniç 477
           ordularının uğurlarından asılı olacaqdır.
               Digәr tәrәfdәn, Müttәfiqlәrin özlәrinin dә kifayәt qәdәr
           işlәri var. Versalda Almaniya ilә imzalanan müqavilә artıq,
           necә deyәrlәr, çat vermәkdәdir, çünki “nifrәt” obyekti olan
           bu dövlәtin yenidәn güclәnәcәyi fikri hәr yerdә tәlqin olunur.
               Belәliklә,  Versal müqavilәsi yeni (alman) Avstriya ilә
           Almaniyanın tezliklә birlәşmәsi imkanının mövcudluğu
           ehtimalını diqqәtdәn yayındırıb. Almaniya isә öz növbәsindә
           bundan istifadә etdi vә Konstitusiyasının yuxarıda xatırlatdığım  367
           62-ci maddәsi lәğv olundu. Tanınmış mәtbuat orqanları bir
           ağızdan vә yorulmadan tәkrar edirlәr ki, Almaniya öz üzәrinә
           götürdüyü öhdәliklәri yerinә yetirmәyәcәk, almanlar
           bolşeviklәrlә, İtaliya vә Yaponiya ilә sirli siyasәt aparırlar.
           Hәqiqәtәn dә, “İl Tempo” 478  adlı italyan qәzetindә Almaniya
           ilә  Yaponiya arasında bağlanmış gizli müqavilәnin mәtni
           çap olunub. Yaponiya nümayәndәlәri hәlәlik belә bir sәnәdin
           mövcudluğu faktını inkar edirlәr. Daha sonra diqqәtinizә
           çatdırmalıyam ki, Amerikada Versal müqavilәsinin 479  әleyhinә
           böyük kampaniya başladılıb. Burada әvvәllәr  Almaniya
           müstәmlәkәlәri olmuş Şan-Tuanq vә Kia-Çaunun   480  indiki
           müqavilәnin şәrtlәrinә әsasәn Yaponiyaya verilmәsinә kәskin
           etiraz bildirilir. Amerika Senatı göstәrilәn şәrtlәrlә razı deyil,
           hәmin әrazilәr Çinә qaytarılmalıdır. Senatda Vilson layihәsi
           ilә bağlı Millәtlәr Cәmiyyәtinә qarşı güclü qruplaşma da
           fәaliyyәt göstәrmәkdәdir. Ola bilsin ki, yalnız  Vilsonun
   362   363   364   365   366   367   368   369   370   371   372