Page 368 - design_Topcubashov_Full_Layout 1
P. 368

Əlimərdan bəy Topçubaşov


                  nüfuzu sayәsindә hәmin layihә qәbul edilsin. Lakin bu
                  zaman sәnәdin bәzi dәyişikliklәrә uğrayacağı da istisna
                  olunmur. Bütün hallarda kiçik xalqlar üçün yeni olan Müәssisә
                  – Millәtlәr Cәmiyyәti hәlәlik ölü doğulmuş uşağa oxşayır.
                  Ona kimin vә nә zaman nәfәs verәcәyi isә bәlli deyil, Fransa,
                  İtaliya vә  Almaniyada elә bil hәtta belә bir Cәmiyyәtin
                  mövcudluğunu da unudublar. Bu ölkәlәrin hәr birinin daxili
                  xarakterli ağrılı problemlәri var – get-gedә artan bahalıq,
                  pulun dәyәrdәn düşmәsi, artıq böhran deyil, hәqiqi yanacaq
                  aclığı sәviyyәsinә çatmış kömür qıtlığı vә s. bu qәbildәndir.
                  Bir çox yerlәrdә nәinki fabrik vә zavodlar işini dayandırır,
                  hәtta hәlәlik hәrәkәtdә olan marşrutlardakı qatarların parovoz
                  vә vaqonlarının sayı azaldılır.
                     Fransa vә İngiltәrә seçkilәr әrәfәsindәdir. Hәr cür ümumi,
                  daha çox isә partiya mövqeyinә әsaslanan vә şәxsi xarakterli
                  mülahizәlәr hökumәt idarәçilәrini bir sıra hallarda mövcud
                  kursu dәyişmәyә, hәm dә daha çox tamamilә әks istiqamәt
         368      götürmәyә mәcbur edir.
                     Mәsәlәn, bu mülahizәlәrin tәsiri vә ictimai fikrin tәzyiqi
                  altında ingilis hökumәti qәti şәkildә Rusiyadakı antibolşevik
                  qüvvәlәrә yardım göstәrmәyin әleyhinә çıxdı vә indi hәrbi
                  güclәrini hәr yerdәn geri çağırır. Başqa sözlә desәk, sülh
                  konfransının bәyәndiyi hәrәkәt planı ilә kökündәn fәrqlәnәn
                  bir addım atır. Konfransın özünә gәldikdә isә, o, Müttәfiqlәrә
                  deyil, yalnız “mәğlublar”a münasibәtdә güclüdür. Macarıstan
                  üzәrinә hücuma keçmiş 481  “müttәfiq” Rumıniyanın nümunәsi
                  dediklәrimizi bir daha tәsdiq edir. Müttәfiq dövlәtlәrin
                  konfransa münasibәtini, şair Qabriel D’Annunzio 482  başda
                  olmaqla, italyan әsgәrlәrinin Fium şәhәrini zorla әlә keçirmәlәri
                  әyani şәkildә göstәrir. Sülh konfransı bu şәhәri Yuqoslaviyaya
                  vermәyi nәzәrdә tuturdu. Zahirәn hadisә D’Annunzionun
                  “macәrası” tәsiri bağışlayır, lakin hamı bir nәfәr kimi şübhәyә
                  әsla yer qoymadan bildirir ki, D’Annunzionun bu “macәrası”
                  italyan xalqı vә İtaliya hökumәti tәrәfindәn bәyәnilir. Hәr
   363   364   365   366   367   368   369   370   371   372   373