Page 366 - design_Topcubashov_Full_Layout 1
P. 366

Əlimərdan bəy Topçubaşov


                  hәmin gün o professorun ziyarәtinә getdim. Bütün ingilislәr
                  kimi, professor Simpsonun da çox gülәrüz adam olduğu,
                  hәm dә Qafqaza müәyyәn bәlәdliyi aşkara çıxdı. O, mәnә
                  әrazimiz, әhalimiz, hökumәtimizin vә Parlamentimizin tәrkibi,
                  habelә qonşulara, ilk növbәdә isә ruslara vә ermәnilәrә
                  münasibәtimiz barәdә ümumi xarakterli bir neçә sual verdi.
                  Cavablarımın hamısını özü üçün qeyd edirdi. Mәsәlәn,
                  suallarından biri belә idi: “Sizin Şimali Qafqaz vә Dağıstan
                  әhalisi haqda fikriniz nәdir? Dağlılar dövlәt qura bilәrlәrmi?”
                  Cavab vermәyә macal tapmamış Simpson özü dedi: “Mәncә,
                  onlar (yәni dağlılar) dövlәt qura bilmәzlәr, çünki hamısı
                  eyni millәtdәn deyillәr, çoxsaylı tayfalara bölünüblәr”. Öz
                  növbәmdә mәn dә: “Bәs İsveçrә?” – deyә soruşdum.
                  “Doğrudur, lakin oradakı mәdәniyyәt dağlılarda yoxdur”, –
                  deyә Simpson cavab verdi. Sonra isә әlavә etdi: “Әslinә
                  baxanda, heç dağlılar özlәri müstәqil dövlәt olmaq istәmirlәr,
                  ona görә dә әrazilәrinin Könüllü Ordu tәrәfindәn tutulmasına
         366      kömәk ediblәr”. Lakin “Dağıstan sizindir vә Denikin sizin
                  ölkәyә girmәyәcәk. Bu mәqsәdlә dә Vordrop ora göndәrilir.
                  O, Könüllü Ordu vә tәmsilçilәrimiz üçün müvafiq tәlimat
                  aparır”. Bu zaman sözә qarışıb dedim: “Yeri gәlmişkәn,
                  әldә olan mәlumatlara görә, sizinkilәr dә Könüllü Orduya
                  kömәk edirlәr...” “Bilirsinizmi, hәrbçilәr hәmişә öz
                  hәmkarlarına xüsusi rәğbәtlә yanaşırlar, hәqiqәtәn dә, indiyә
                  qәdәr bizimkilәr Könüllü Ordunun hәrәkәtlәrinә bir az
                  uyublar. Ancaq bundan sonra belә olmayacaq”.
                     Sәkkiz saylı mәlumatda bu tipli söhbәtlәr barәsindә
                  ümumi şәkildә xәbәr vermişdim. İndi isә qeydlәrimdәn ayrı-
                  ayrı mәqamları daha tәfәrrüatlı tәqdim etmәklә Müttәfiqlәrin
                  bizim üçün böyük hәyati әhәmiyyәtә malik mәsәlәlәrә necә
                  yüngül yanaşdıqlarını әyani göstәrmәk istәyirәm. Onlarla
                  söhbәtlәrdәn, bir qayda olaraq, qeyri-müәyyәn tәәssüratla
                  ayrılırdıq: ümumi problemlәrin müzakirәsindәn kәnara
                  çıxmırlar, konkret suallara isә (mәsәlәn, Miryaqub Mehdiyevin
   361   362   363   364   365   366   367   368   369   370   371