Page 365 - design_Topcubashov_Full_Layout 1
P. 365

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           sәnәddәn sonra mövqeyimiz daha da zәiflәyib, mәsәlәnin
           hәlli isә xeyli geriyә atılıb. Sәkkiz saylı mәlumatda da Sizә
           yazdığım kimi, nümayәndә heyәtimiz әvvәlcә ayrılıqda,
           sonra isә keçmiş Rusiya әrazisindә yaranan digәr yeni
           dövlәtlәrin tәmsilçilәri ilә birlikdә Kolçakın tanınmasına
           etirazını bildirib. (Hәmin mәlumata әlavә edilәn nota surәtlәri
           artıq Sizә göndәrilib.)
               Konfrans rәhbәrliyinin vә Müttәfiqlәrin nümayәndәlәrindәn
           heç biri etirazlarımıza cavab vermәdi. Hәm dә bunlarla eyni
           vaxtda istәr Kolçak hökumәtinin, istәrsә dә Könüllü Ordunun
           bütün forma vә vasitәlәrlә güclü müdafiәsi davam etdirilirdi.
           Bolşeviklәr üzәrindә növbәti “qәlәbәlәr” qazanıldıqca
           Müttәfiqlәr arasında Rusiyanın bәrpasına bәslәnәn inam da
           artırdı. Artıq bu zaman qarşıya qoyulan mәqsәdә çatmaq
           yolunda kiçik xalqların azadlıq vә istiqlaliyyәtinin qurban
           verilmәsinә әsla diqqәt yetirilmirdi. Hәmin xalqların hüquq
           vә mәnafelәrini qorumağı isә, güman edirәm ki, böyük
           dövlәtlәr öz öhdәlәrinә götürüblәr. Müttәfiqlәrin Dağlılar  365
           Respublikasının süqutuna necә laqeydliklә yanaşdıqlarını
           göstәrmәk kifayәtdir.  Yaranmış vәziyyәt ürәyimizi dәrin
           kәdәr hissi ilә doldurdu, eyni zamanda gәlәcәyimizlә bağlı
           hәyәcanlı düşüncәlәrә yol açdı. Mәn mәsәlә ilә әlaqәdar
           ingilis nümayәndә heyәtinin başçısı ser Malletin yanında
           olanda vә Könüllü Ordunun Müttәfiqlәrdәn aldığı silahlarla
           bolşeviklәrlә vuruşmaq әvәzinә, hәmin silahı bizә – dinc
           әhaliyә qarşı çevirdiyini deyәndә, Şimali Qafqaz
           Respublikasının әrazisinin işğalından sonra Könüllü Ordunun
           Azәrbaycana hücuma hazırlaşdığını bildirәndә o cavab verdi
           ki, Denikin Müttәfiqlәrin müәyyәn etdiyi demarkasiya xәttini
           keçә bilmәz.  Yәni bizim vә Gürcüstanın tәhlükәsizliyinә
           tәminat verilir. Dağlılar Respublikasının mәhvi ilә bağlı
           mәsәlәyә gәldikdә isә, o gülümsündü vә mәnә Şәrq, xüsusәn
           dә Qafqaz üzrә mütәxәssis kimi ingilis heyәtinin tәrkibinә
           daxil olan professor Simpsonla görüşmәyi tәklif etdi. Elә
   360   361   362   363   364   365   366   367   368   369   370