Page 371 - design_Topcubashov_Full_Layout 1
P. 371
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
imzası ilә belә bir müxtәsәr xahiş әrizәsi hazırlanaraq
avqustun 28-dә tәqdim edildi. Lakin indiyә qәdәr heç bir
cavab almamışıq.
Hazırkı mәlumatın bu hissәsini başa çatdırmaq üçün
Fransa xarici işlәr naziri Pişonun 485 Parlamentin deputatı
cәnab Monzinin 486 sorğusuna verdiyi cavaba әsaslanmaq vә
onu da yazdıqlarıma әlavә etmәk istәyirәm. Cәnab Monzi
xarici işlәr nazirinә sorğusunda ölkәsinin Qafqaz
respublikalarına, xüsusәn dә Azәrbaycana vә Gürcüstana
münasibәti ilә maraqlanıb. Pişon deputatın sorğusunun bütün
bәndlәrinә çox tezliklә cavab verib. Yeri gәlmişkәn, deputat
Monzi Fransa Dәniz Liqasının (Ligue Navale Française)
tәrkibindәki xüsusi Fransa-Qafqaz Komitәsinә 487 rәhbәrlik
edir. Komitәnin fәaliyyәtindә bizim (cәnab Mәhәrrәmov,
cәnab Mirmehdiyev vә cәnab Hacıbәyli) vә gürcülәrin (cәnab
489
488
Qobeçia , knyaz Sumbatov vә knyaz Avalov )
nümayәndәlәri iştirak edir. Hazırda hәmin şәxslәrin iştirakı
ilә Fransa-Qafqaz Komitәsindә nazir Pişonun cavabı (cavab 371
“Le Temps” qәzetindәn götürülәrәk çap edilib vә mәlumata
әlavә (әlavә № 2) olunur) münasibәti ilә Parlamentdәki
çıxışının proqramı üzәrindә iş gedir. Artıq faktiki
mövcudluğumuza baxmayaraq, Fransa hökumәti bizi nә
faktiki, nә dә hüquqi cәhәtdәn tanıyır. Hәm dә baxmayaraq
ki, bizә rәğbәt bәslәyirlәr, ticari münasibәtlәr yaratmaq,
ümumәn, iqtisadi әlaqәlәr qurmaq istәyirlәr...
Başqaları da bizә eyni cür yanaşırlar. Lakin fikirlәrini
bildirmirlәr. Daha dәqiq desәm, onların cәnab Pişon kimi
rәylәrini ifadә etmәk imkanı olmayıb. Düşünmәyә әsas var
ki, belә münasibәt Rusiyada vәziyyәt aydınlaşana, daha
doğrusu, bolşeviklәrin müqavimәti qırılana qәdәr riayәt
olunması nәzәrdә tutulan hәrәkәt planının (onu ümumi qәrar
adlandırmağa çәtinlik çәkirәm) nәticәsi kimi meydana çıxıb.
Odur ki, yeni respublikalardan yalnız bolşeviklәrә qarşı
ciddi mübarizә aparanı, yaxud bu işә ümumәn fәal yardım