Page 375 - design_Topcubashov_Full_Layout 1
P. 375
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
daxildirlәr. Hәlәlik fәaliyyәtlәrini heç nә ilә büruzә vermirlәr.
Lakin demәk olar ki, bütün üzvlәr birmәnalı şәkildә Sazonovun
әleyhdarıdır. Mәsәlә barәdә Kolçaka da mәlumat verilib.
Biz onlardan heç kәslә, ümumiyyәtlә, Parisdә yaşayan
ruslarla ünsiyyәt saxlamırıq. Ancaq yenә dә hәmin adamların
heç biri müstәqillik istәyimizlә bağlı hiddәt vә narazılıqlarını
gizlәtmirlәr. Hәr kәs öz payını alır, gürcülәrә isә hamıdan
çox düşür. Yeri gәlmişkәn, ünvanımıza belә sözlәr deyilir
ki, müstәqil Azәrbaycan şüarını yalnız biz ziyalılar irәli
sürürük. Sadә azәrbaycanlılar isә guya Rusiyadan ayrılmaq
istәmirlәr. Çünki onlar Rusiyanı sevirlәr. Hәr halda bu
“nümayәndәlәr” özlәrinin “vahid vә bölünmәz Rusiya”
atlarının belindә çox möhkәm oturublar vә utanmadan
bildirirlәr ki, hәqiqi Rusiya torpaqlarının bir qarışını da heç
kәsә güzәştә getmәyәcәklәr! Polşa üçün istisnaya yol verilir,
müstәqilliklәrini elan etmiş digәr respublikalar isә tәkrar
Rusiyanın tәrkibinә qayıtmalıdır. Әslindә, Polşa da tam
şәkildә, bütün әrazilәri ilә Rusiyaya daxil edilir. Böyük 375
dövlәtlәrin Finlandiyanın müstәqilliyini fakt kimi qәbul
etmәlәrinә vә artıq ora diplomatik nümayәndә göndәrmәlәrinә
baxmayaraq, hәtta Finlandiya da tanınmır. Cәnab Denikin
isә müstәqillik fikirlәrinә etirazını bildirir. Yeri gәlmişkәn,
noyabrın 23-dә yeni respublikaların nümayәndә heyәtlәri
tәmsilçilәrinin görüşündә ortaya çıxan tәzә xәbәr: deyilәnә
görә, Denikin Ukraynanı әlә keçirmәk vә özünü Skoropadski
sayağı getman elan etmәk istәyir. Elә hәmin yığıncaqda da
belә bir fakt tәsdiq olundu ki, Finlandiya, Estlandiya (Estoniya
– Tәrc.) vә Latış respublikaları konfederasiya yaradırlar,
artıq bolşeviklәrlә barışıq imzalanması, yәni hәrbi
әmәliyyatların dayandırılması haqqında danışıqlara başlayıblar.
Daha hansı imkanlar ortaya çıxa bilәr? Bunları ehtimal
etmәk belә çәtindir. Lakin ötәn hәr gün әrzindә vәziyyәtin
daha da mürәkkәblәşmәsi vә qәlizlәşmәsi faktdır. Әn çәtin
vә qaranlıq mәsәlәlәrdәn biri kimi rus mәsәlәsinin müzakirәsini