Page 376 - design_Topcubashov_Full_Layout 1
P. 376

Əlimərdan bəy Topçubaşov


                  hәr vasitә ilә uzatmağa çalışan Antanta da bu faktı nәzәrә
                  alır. Amma çәtin ki, indiki konfrans hәmin mәsәlә ilә mәşğul
                  olsun! Qәzetlәrin dә yazdığı kimi, daha çox ehtimal edilәn
                  variant konfransın rus vә türk mәsәlәsini Millәtlәr Cәmiyyәtinin
                  müzakirәsinә ötürmәsidir. Cәmiyyәtin iki aydan sonra
                  fәaliyyәtә başlayacağı ehtimal olunur. Konfrans özü isә necә
                  deyәrlәr, ya yerli-dibli buxarlanacaq, ya da uzun müddәtә
                  buraxılacaq. İndi onu tam cәsarәtlә “sülh konfransı”
                  adlandırmamaq olar. Çünki Almaniya vә Avstriya ilә “sülh”
                  müqavilәlәrinin bağlanmasına, әvvәl Bolqarıstanın, sonra
                  isә Macarıstanın növbәdә dayanmasına baxmayaraq, hәlәlik
                  sülhdәn heç bir әsәr-әlamәt yoxdur.
                     Türkiyә ilә sülh dә hәlәlik üfüqdә görünmür.  Amma
                  Türkiyәnin bölünmәsi ilә çox can-dildәn mәşğul olurlar.
                  Anadoluda başlanan milli hәrәkat hamını bir qәdәr
                  qayğılandırıb. Yerli mәtbuatın türklәrә münasibәtdә әnәnәvi
                  sәrt tonu sanki get-gedә zәiflәyir, hәtta müәyyәn qәdәr daha
         376      rәğbәtli yanaşma ilә әvәz olunur. Mәlum sәbәblәrә görә
                  tәfәrrüatlara varmıram. Onlar barәdә Sizә Mәmmәdhәsәn
                  Hacınski mәlumat verәcәk.
                     Mәsәlәnin ermәnilәrlә bağlı tәrәfi üzәrindә dayanmalıyam.
                                                              493
                  Artıq  Türkiyә ermәnilәri ilә (Poqos Nubar ) Qafqaz
                  ermәnilәrinin birlәşib әlbir fәaliyyәt göstәrdiklәrini yazmışam.
                  Bu, qonşularımız üçün çox vacib şәrtdir. Onların Paris
                  tәmsilçilәri Qafqaz hüdudlarını aşan ümumermәni
                  mövqeyindәn çıxış edirlәr. Qafqaz vә Türkiyә ermәnilәrinin
                  taleyini bir-biri ilә sıx şәkildә әlaqәlәndirәrәk bizimlә vә
                  gürcülәrlә hәr hansı iş birliyindә olmalarını az qala lüzumsuz
                  hәrәkәt sayırlar. Yol geniş, ideallar nәcibdir! Axır ki, әyә
                  bildiklәri Türkiyә onlar üçün indi “gücsüz nәhәng”dir. “Sizi
                  mәhdud Qafqaz maraqları mәşğul edir, bizimsә bütün ermәni
                  xalqının, birlәşmiş Ermәnistanın mәnafeyi ilә bağlı qayğılarımız
                  var”, – deyә  Aqaronyan bildirir. O әmindir ki, bu cür
                  bәyanatları ilә “Avropada vә Amerikada”, habelә Müttәfiq
   371   372   373   374   375   376   377   378   379   380   381