Page 377 - design_Topcubashov_Full_Layout 1
P. 377
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
dövlәtlәrin tәmsilçilәri arasında özlәrinә rәğbәt doğuracaq.
Әslindә, çox da yanılmır, çünki Müttәfiqlәrin tәk-tük
nümayәndәsi bizdәn ermәnilәr barәdә soruşmur. Hamısı da
bir nәfәr kimi onlarla sülh şәraitindә yaşamağı mәslәhәt
görür. Ermәni ziyalılarının Avropa mәrkәzlәrindә yarım
әsrdәn çox davam edәn fәaliyyәti, hәr yerdә malik olduqları
böyük sәrvәt, bütün cәbhәlәrdә iş görmәk bacarığı, nüfuzlu
şәxslәri öz tәrәflәrinә çәkmәk mәharәti, Amerikadakı varlı
hәmtayfaları – bütün bunlar ermәni hәyatının, xüsusәn dә
bu hәyatın son dövrdәki (üzәrindә dayanmıram) faktları ilә
әlaqәli şәkildә onları daha çox tanıdıb, onlara rәğbәtli
münasibәt formalaşdırıb. Bu, qonşularımızın böyük plyusudur
vә hәlәlik hәmin plyus ermәnilәri özlәrinә xas vә hamıya da
bәlli olan minuslardan qoruyur. Azәrbaycan vә Gürcüstan
xalqlarının (ola bilsin ki, hәtta ermәni xalqının) mәnafelәri
naminә biz hәlәlik bütün bunlarla hesablaşmalı oluruq,
ermәni tәmsilçilәri ilә әlaqәlәrimizi nәinki kәsirik, әksinә,
hәtta yardım göstәrir vә bir sıra hallarda әlbir hәrәkәt edirik. 377
Biz yalnız onların (Qafqaz ermәnilәrinin) bütün nümayәndәlәri
ilә görüşmәklә kifayәtlәnmәmişik, gürcülәr vә dağlılarla
birgә atdığımız addımlarla bağlı bәzәn mәnfi cavab alacağımızı
әvvәldәn bildiyimiz halda, yenә qonşuları da dәvәt etmәyi
özümüzә borc saymışıq. Mәsәlәn, iyun ayında bizim
tәşәbbüsümüzlә konfrans qarşısında Qafqaza xüsusi nümayәndә
heyәti göndәrmәk mәsәlәsinin qaldırılması (Dağlılar
Respublikasının süqutundan sonra) ilә әlaqәdar müraciәt
müzakirә olunurdu. Yığıncağa ermәnilәri dә çağırmışdıq.
Qarışıq komissiyanın (Hacınski, Mehdiyev, Avalov,
494
Qvarcaladze, Bammatov vә Xazralov ) mәsәlәyә mәnfi
münasibәti üzündәn müzakirә nәticәsiz başa çatdı. Yeri
gәlmişkәn, ermәnilәr komissiyanın işindә iştirak etmәkdәn
qәtiyyәtlә boyun qaçırdılar.
Daha sonra gürcü, dağlı vә ermәni nümayәndә heyәtlәri
sәdrlәrinә göndәrdiyim xüsusi mәktubla onlara konfrans