Page 381 - design_Topcubashov_Full_Layout 1
P. 381

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


               Başqa nümayәndәliklәrdәn: 1. Gürcü heyәti ilә siyasi-
           iqtisadi mәsәlәlәrlә bağlı hәrtәrәfli әlaqәlәrә malikik. Bu
           mәsәlәlәri birgә iclaslarda müzakirә edirik. 2. Dağlı heyәti
           müvәqqәti olaraq öz-özünә dağılıb. İndi burada yalnız cәnab
           Çermoyev vә Әziz bәy Meker 496  qalıblar. Ölkәlәrindә yaranmış
           mövcud şәrait üzündәn, tәәssüf ki, fәaliyyәt göstәrә bilmirlәr.
           İstәr heyәt, istәrsә dә әlaqәlәrimiz haqqında cәnab Hacınski
           Sizә daha әtraflı mәlumat verәcәk.
               İngilis-fars müqavilәsi bağlanandan sonra fars heyәti
           buradakı işlәrdәn tam uzaqlaşdırılıb. Üzvlәr dağılıb gediblәr.
           Qalanlar isә hazırda Londonda olan yeni xarici işlәr naziri
           Nüsrәtüddövlәnin 497  gәlişini gözlәyirlәr. Londonda nazirin
           şәrәfinә verilәn ziyafәtdә lord Kerzon ölkәnin ünvanına bir
           sıra xoş sözlәr deyib. Digәr nümayәndә heyәtlәri ilә dә
           әlaqәlәrimiz var.  Yeri gәlmişkәn, sentyabrın 24-dә Polşa
           heyәtinin sәdri cәnab Dmovski vә onu müşayiәt edәn şәxslәrin
           şәrәfinә sәhәr yemәyi verdik. Tәdbirdә gürcülәr dә iştirak
                                                                       381
           edirdilәr.
               Estoniya, Litva, Ukrayna, Latviya, Belarusiya nümayәndә
           heyәtlәri ilә, zәif dә olsa, әlaqәlәrimiz mövcuddur.
               Qafqaza yola düşәn xarici missiyalarla burada görüşdük.
           Görüş barәsindә qabaqcadan xәbәrdar edilmişdilәr. Mәsәlәn,
           Vordropun sәfәri ilә bağlı nazir Balfur mәlumat vermişdi,
           general Harbordun 498  missiyası ilә әlaqәdar isә  Amerika
           nümayәndә heyәtinin birinci tәmsilçisi cәnab Polk 499  xәbәr
           çatdırmışdı. Eyni zamanda qabaqcadan xәbәrdarlıq edәrәk
           bildirdilәr ki, missiyaların göndәrilmәsi hәlә  Azәrbaycan
           Respublikasının İngiltәrә vә Amerika tәrәfindәn tanınması
           demәk deyildir (bax: әlavә № 4, 5).
               Cәnab Vordrop katiblәri ilә birlikdә görüşümüzә gәldi.
           Katiblәrdәn cәnab Vayt Tәbrizdә vә Odessada ingilis konsulu
           olub. Rusca, habelә bizim dili yaxşı bilir. Cәnab Vordrop da
           yaxşı tәsir bağışlayır. O, ölkәlәrimizә xeyirxah münasibәti
           barәdә danışdı, bizdәn bütün Qafqaz xalqlarının sülh şәraitindә
   376   377   378   379   380   381   382   383   384   385   386