Page 386 - design_Topcubashov_Full_Layout 1
P. 386
Əlimərdan bəy Topçubaşov
Amerikalı vәkil Çandlerlә 505 bağlanmış müqavilәnin
surәti (bax: әlavә № 15).
İqtisadi xarakterli müqavilәlәr barәsindә Mәmmәdhәsәn
Hacınski Sizә daha әtraflı mәlumat verәcәk.
Amerikalı vәkil Çandlerlә bağlı mәsәlәyә gәldikdә isә
bildirmәliyәm ki, müqavilәnin hazırlanması mәlumatın
yazıldığı dövrlә eyni vaxtda başa çatdırıldığından mәtnin
rus dilinә tәrcümәsini göndәrmәk mümkün olmadı. Bu vәkil
Estlandiya, Litva, Letoniya (Latviya – Tәrc.), habelә
Azәrbaycan vә Gürcüstanın mәnafelәrinin müdafiәsini üzәrinә
götürür. Gürcülәr artıq müqavilә imzalayıb pullarını ödәyiblәr.
Mәn onunla işlәrimi sabah qurtaracağam. Әlaqәlәr yaradılması
üçün bizim Amerikada hansısa adamımızın olması zәruridir.
Siz 2 saylı müqavilәni tәsdiq etmәlisiniz. Cәnab Çendler
Amerikadakı fәaliyyәti barәsindә hesabatlar göndәrәcәk. O,
bizim vә gürcülәrin nümayәndә heyәtlәrinin hәrәsindәn bir
vә ya iki nәfәrin Amerikaya getmәsi mәsәlәsindә tәkid edir.
386 Mәtbu tәbliğat baxımından da artıq bәzi işlәr görülüb.
Yaxın gәlәcәklә bağlı geniş layihәmiz var. İcrası da eyni
dәrәcәdә böyük maddi vәsait tәlәb edәn layihә barәsindә
Mәmmәdhәsәn Hacınski Sizә mәlumat verәcәk.
“Azәrbaycan haqqında mәlumat bülleteni” buraxmağa
başlamışıq. Artıq birinci sayı çapdan çıxıb. Hәmin saydan
Sizә 200 nüsxә göndәririk.
“L’Europe orientale” 506 adlı yeni jurnalın işindә iştirak
edirik. Sizә dә bir komplekt göndәrәcәyәm.
Nümayәndә heyәtinә maddi vәsait ayrılması mәsәlәsi
hәlә dә tәrәfinizdәn hәll edilmәmiş qalır. Göndәrdiyiniz
mәlumatda sözün hәrfi mәnasında belә deyilir: “İstәdiyiniz
pullarla bağlı sәrәncam verilib”. Kim verib? Hansı sәrәncam?
Kimә? Kimin vasitәsilә? Heç biri mәlum deyil. Sadәcә,
“Safonov” imzası ilә qeyri-müәyyәn depeşa alınıb. Depeşada
pul üçün bizim ingilis nümayәndә heyәtinә, onun da öz
növbәsindә London hökumәtinә müraciәt etmәsi vә Britaniya