Page 388 - design_Topcubashov_Full_Layout 1
P. 388

Əlimərdan bəy Topçubaşov


                  qәrara alındı. Ondan ötrü ki, әvvәla, hökumәti iqtisadi
                  müqavilәlәrlә tanış etsin (müqavilәlәrlә bağlı nümayәndә
                  heyәtinin adından kontragentlәrlә danışıqları özü apardığından
                  sәnәdlәrin mahiyyәtinә daha yaxşı bәlәddir), ikincisi, son
                  dövrün hadisәlәri barәdә daha mәhrәmanә şәraitdә mәlumat
                  versin vә nәhayәt, üçüncüsü, hәm daxili, hәm dә tәbii ki,
                  daha artıq dәrәcәdә xarici vәziyyәt haqda mәlumat alsın.
                  Xarici vәziyyәt deyәndә, әlbәttә, ilk növbәdә vә әsas etibarilә
                  qonşularımız – Ermәnistanla, Dağlılarla, İran, Kuban vә
                  Donla,  Türküstan vә Zakaspi ilә, elәcә dә Gürcüstanla
                  münasibәtlәri nәzәrdә tuturuq. Gürcüstanla maliyyә xarakterli
                  qarşılıqlı münasibәtlәrin aydınlaşdırılması çox mühümdür.
                  Çünki hökumәtimizin sonuncu bon buraxılışında iştirakdan
                  imtina etmәsi buradakı dostlarımızı – gürcülәri çox pәrt
                  vәziyyәtә salmışdı. Hәmin vәziyyәt Gegeçkorinin 509  mәktubu
                  alınandan sonra daha aydın nәzәrә çarpırdı. Nәhayәt, Hacınski
                  Parlament vә hökumәtin fәaliyyәti ilә tanış olandan sonra
         388
                  daxili vә xarici siyasәtlә bağlı mühüm sәnәd vә qanunların
                  surәtlәrini (yalnız hökumәt tәrәfindәn tәsdiqlәnmiş şәkildә)
                  gәtirmәlidir. Tәbii ki, maliyyә, dәmiryolları, neft sәnayesi,
                  ümumiyyәtlә, ölkәnin iqtisadiyyatı ilә bağlı geniş vә әhatәli
                  mәlumatlar da sәnәdlәrin içәrisindә olmalıdır. Heç şübhәsiz,
                  ordu yaddan çıxmamalıdır. (Bütün qoşun növlәrindәn olan
                  әsgәr vә zabitlәrin fotoşәkillәrinin göndәrilmәsi dә zәruridir.)
                     Cәnab Hacınskinin ezam olunmasının әsas şәrti kimi
                  onun mütlәq geri qayıtması nәzәrdә tutulub. Ona görә dә
                  nümayәndә heyәti adından hökumәtdәn bu mühüm amili
                  nәzәrә almağı, cәnab Mәmmәdhәsәn Hacınskinin üzәrinә
                  müәyyәn edilmiş vaxtdan, yәni iki aydan artıq Bakıda
                  lәngimәsinә sәbәb olacaq hәr hansı vәzifә vә funksiya
                  qoymamağı xahiş edirәm. Cәnab Hacınskinin ezamiyyәtinә
                  yalnız bu şәrt vә müddәt daxilindә icazә verilib. Onun iki
                  aylıq maaşı da tam şәkildә әvvәldәn ödәnilib.
   383   384   385   386   387   388   389   390   391   392   393