Page 393 - design_Topcubashov_Full_Layout 1
P. 393
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
Hәmin mәktubu iqtisadi mәsәlәlәr üzrә inanılmış şәxsimiz
cәnab Robinov vasitәsilә yola salmışdım. O, buradan oktyabrın
8-dә çıxmışdı.
Razılığın şәrtlәri dә cәnab Hacınski vasitәsilә Sizә
göndәrilib. Hacınski bizim vә gürcü nümayәndә heyәtlәrinin
cәnab Robinovu hansı ampluada dәvәt etdiyimizi Sizә
aydınlaşdıracaq. Cәnab Robinov Vaşinqtona çatması barәsindә
teleqrafla mәlumat vermişdi. Bu günlәrdә daha iki teleqramını
almışam. Hәmin teleqramlarda Robinov müxtәlif mәlumatlar
istәyir, eyni zamanda cәnab Mәhәrrәmovun Amerikaya ezam
olunmasının mәqsәdәuyğunluğunu xatırladır. Lakin tәәssüf
ki, gürcülәr dә, biz dә kimisә göndәrә bilmәmişik. İkinci
teleqramında cәnab Robinov Bakıda “Standart Oil Company” 510
nümayәndәlәri ilә aparılan danışıqlara toxunur. Hәmin
mәsәlәdәn biz nazir Mәlikaslanovun, yaxud Behbud xan
Cavanşirin 511 (dәqiq yadımda deyil) Mәmmәdhәsәn Hacınskiyә
mәktubundan xәbәr tutmuş vә danışıqların nәticәsiz başa
çatdığını öyrәnmişdik. Amma әlimizdә nәinki bu mәktub, 393
ümumiyyәtlә, heç bir sәnәd vә mәlumat yoxdur. Eyni sözlәri
cәnab Mәlikaslanovun Hacınskiyә şәxsi mәktubunda xahiş
etdiyi dәmiryol materiallarının siyahısı barәdә dә demәk
mümkündür. Bu siyahı cәnab Hacınskinin özündә qalıb.
Cәnab Robinovun hәr iki teleqramına yalnız bizdәki mәlumat
әsasında cavab vermişәm. Lakin teleqramların ikisinin dә
surәtini Sizә göndәrirәm ki, istәdiyi mәlumatı toplayasınız.
Mәn onu Sizdәn alan kimi cәnab Robinova çatdıracağam.
Bizim müqavilәnin vә cәnab Robinovun Amerikaya
sәfәrinin mәqsәdini ehtiva edәn әsas mәsәlә barәsindә isә o,
hәlәlik heç bir xәbәr vermәyib. Mәn öz teleqramımda bu
barәdә dә soruşmuşam.
III
Doqquz saylı mәlumatda Sizә Fransa-Qafqaz Komitәsinin
yaranması haqda xәbәr vermişdim. Komitәnin mәqsәdi
Fransa ilә Qafqaz respublikaları (Azәrbaycan vә Gürcüstan)