Page 398 - design_Topcubashov_Full_Layout 1
P. 398
Əlimərdan bəy Topçubaşov
ödәnilәcәk. Digәr tәrәfdәn, qarşıdan gәlәn 1920-ci il üçün
ya 20 min frank pul ödәmәli, ya da 20 min nüsxәyә abunә
yazılmalıyıq. Şübhә etmirәm ki, nümayәndә heyәti hökumәtdәn
istәdiyi vәsaiti alacaq vә 1920-ci ildә jurnala lazımi miqdarda
maddi yardım göstәrmәk imkanını әldәn vermәyәcәk.
Tәkrar edirәm: jurnal sonrakı mәrhәlәdә dә bizim üçün
çox faydalı bir mәtbu orqan olacaq. Gәlәcәkdә Cenevrәdә,
Millәtlәr Cәmiyyәtinin gözü qarşısında öz mәrkәzimizi
yaradanda isә o, artıq bizdәn ötrü zәrurәtә çevrilәcәk. Nәzәrә
almaq lazımdır ki, İsveçrәnın mәtbuat orqanlarının sәsinә
hәmişә diqqәtlә qulaq asırlar. Yeri gәlmişkәn, nümayәndә
heyәtimizlә әlaqә saxlayan professor Broşe “Journal de
Geneve”dә 518 Azәrbaycan haqqında iki mәqalә çap etdirib.
Özünün Lozannada buraxdığı “Les peoples Libres” 519
jurnalında da 6 vә 7-ci saylarda Azәrbaycan haqda iki yazı
verilib. Hәmin materiallar hәrәsindәn bir neçә nüsxә olmaqla,
ayrıca qovluqda Sizә göndәrilir. Nәhayәt, professor Broşe
398 haqqımızda ingilis vә amerikan qәzetlәrinә dә mәqalәlәr
yazıb. Tәәssüf ki, hәlәlik onların nüsxәlәrini almamışıq.
VI
Amerika nümayәndә heyәtinin keçmiş tәrkibindәn burada
yalnız cәnab Morqentau qalmışdı. Üç hәftә әvvәl о da gәldi.
(Mәtndә belә yazılıb, әslindә, “getdi” olmalıdır – Tәrc.)
Yola düşmәmişdәn әvvәl cәnab Morqentaunun yanında
oldum, Amerikadakı müvәkkilimiz cәnab Çandlerә imkanı
daxilindә yardım göstәrmәsini xahiş etdim. O, Çandleri
yaxşı tanıyır. Cәnab Morqentau bacardığını edәcәyinә söz
verdi, ancaq bildirdi ki, Amerikaya öz tәmsilçimizin
göndәrilmәsi daha mәqsәdәuyğun olardı: “Biz bütün kiçik
xalqların dostuyuq, sizә kömәk etmәyә ürәkdәn can atsaq
da, beynәlxalq siyasәtdә hәr şeyi tәkbaşına hәll etmirik.
Artıq Sizin memorandumla tanış olmuşam vә görürәm ki,
Azәrbaycan zәngin ölkәdir, müstәqil yaşaya bilәr. Sizi