Page 395 - design_Topcubashov_Full_Layout 1
P. 395

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           indiki mәqamda, özümüzü tanıtmağa hәmişәkindәn çox
           ehtiyac duyduğumuz bir vaxtda bu cür imkanlardan boyun
           qaçırmalı oluruq. Yeri gәlmişkәn, biz hәmin gecәni istәnilәn
           halda fevral ayında tәşkil etmәk istәyirik. Yәqin ki, göstәrmәyә
           bir şey taparıq. Әlbәttә, o vaxta qәdәr salamat qalsaq,
           gücümüz vә imkanımız çatsa, nәhayәt, әn başlıcası, Siz
           kömәk etsәniz, niyyәtimizi hәyata keçirәcәyik.

                                     IV
               Lakin bu istiqamәtdә atmalı olduğumuz başqa addım
           daha vacibdir. Söhbәt Azәrbaycanda diqqәti cәlb edәn nә
           varsa, hamısının әksini tapdığı illüstrasiyalı nәşrin
           buraxılmasından gedir. Gürcülәr artıq belә bir iş görüblәr
           (әlavә № 8). Biz dә ayda bir dәfә çıxan “L’İmage”    512
           jurnalının naşiri ilә razılıq әldә etmişik. Nәşrin noyabr
           nömrәsinin Azәrbaycana hәsr olunmasını istәyirdik. Lakin
           әlimizdәki fotoşәkil, açıqca vә s. materialları gözdәn keçirәndә
           jurnalın illüstrasiya baxımından çox solğun görünәcәyi      395
           qәnaәtinә gәldik. Xüsusilә ordumuza dair fotoşәkillәrin
           yoxluğu özünü daha kәskin büruzә verir. Bizdә general
           Mehmandarovun   513  bir dәnә dә şәkli yoxdur. Adını çәkdiyim
           jurnalın bütün sayları isә, demәk olar ki, hәrbi xarakterli
           illüstrasiyalarla dolu olur. Bu, bir tәrәfdәn yaşanan dövrün
           sәciyyәsi ilә bağlıdır, digәr tәrәfdәn ölkәnin müdafiә qüdrәtinin,
           hәrbi gücünün göstәricisidir. Belә mülahizәlәr bizi jurnalın
           noyabr nömrәsi ilә bağlı fikirdәn daşındırdı. İndi noyabr
           әvәzinә, dekabr, ya da növbәti ilin yanvar sayını götürmәk
           istәyirik. Ümid edirәm ki, о zamana qәdәr siyahısını
           göndәrdiyimiz fotoşәkillәri vә digәr zәruri illüstrasiya
           materiallarını Sizdәn alacağıq (әlavә № 9).
               Söz yox ki, siyahı minimum tәlәblәri әhatә edir. Әgәr
           istәdiklәrimizdәn әlavә şәkil vә açıqcalar göndәrә bilsәniz,
           bizi yalnız sevindirәrsiniz. Ancaq xahiş edirәm, bu mәsәlәdә
           tәlәsin ki, cәnab Berlin hәmin materialları özü ilә gәtirә
   390   391   392   393   394   395   396   397   398   399   400