Page 399 - design_Topcubashov_Full_Layout 1
P. 399
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
Amerikada yaxşı qarşılayarlar, yәqin ki, sәrvәtlәrinizin üzә
çıxarılması üçün kapital da tapılar”. Vidalaşmamışdan әvvәl
o, әrazi mәsәlәlәri ilә mәşğul olan bölmәnin başçısı cәnab
Bukleri yanına çağırdı, mәni onunla tanış etdi vә bildirdi ki,
cәnab Bukler hәr zaman işimizә yaraya bilәr.
Bir gün sonra onun yanında oldum. Hәmkarı ilә (adını
xatırlamıram) birlikdә mәni, ümumiyyәtlә, Qafqaz vә xüsusәn
dә Qafqaz xalqlarının qarşılıqlı münasibәtlәri ilә bağlı uzun-
uzadı sorğu-suala tutdu. Verdiyim mәlumatların çoxu, xüsusәn
dә ermәnilәr haqda söylәdiklәrim onlar üçün yenilik idi.
Söhbәtin sonunda cәnab Bukler mәlumatlara görә
minnәtdarlığını bildirdi, ölkәmizin siyasi vә iqtisadi xәritәlәrini
göndәrmәyi xahiş etdi. Vidalaşarkәn dedi: “Sizi inandırmaq
istәyirәm ki, qonşularınızı müәyyәn dәrәcәdә tanıyır vә
onları qәtiyyәn mәlәk hesab etmirik. İndi ölkәnizdә olan
missiyamızdan xәbәr gözlәyirik”.
Bir hәftә әvvәl Qafqazdakı amerikan missiyasının başçısı
general Harbord Parisdәn keçib Amerikaya getdi. Burada 399
yalnız iki gün qaldı. Görüş üçün vaxt ayırması mәqsәdilә
kuryerimizi iki dәfә yanına göndәrdim. Adyutantı bildirdi
ki, general özü bizimlә ünsiyyәtә mәmnun olacaq, tәyin
edilmiş saat barәsindә isә telefonla xәbәr çatdırılacaq. Lakin
tәәssüf ki, bu dәfә onunla görüşmәk mümkün olmadı. General
Harbordun gәlişi münasibәtilә qәzetlәrdә (“Le Temps”)
bildirilirdi ki, о, mәruzәsini birbaşa prezident Vilsonun özünә
tәqdim edәcәk. Eyni zamanda Amerikanın Ermәnistan
üzәrindә mandat almasının әleyhinәdir, ölkәsinin yalnız
Türkiyәyә mandat sahibi olmasına tәrәfdardır vә çox mәşğul
olduğundan heç kәsi qәbul etmir.
Әlavә edim ki, onun sәfәri ilә bağlı birbaşa Amerikadan
müәyyәn mәlumatlar әldә edәcәyimizә ümidimi itirmirәm.
Polkovnik Haskel 520 dә bir neçә günlüyә bura gәlib.
Mәn dünәn ondan mәktub aldım. Hörmәtkaranә bir tәrzdә
görüşmәk istәyini bildirirdi. Bu gün cәnab Mәhәrrәmovla