Page 403 - design_Topcubashov_Full_Layout 1
P. 403

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           Ruslar ona minnәtdardırlar. Hәr halda, sәhәr yemәyindә
           iştirak edәn cәnab Minorski 523  (әvvәllәr Tehrandakı  rus
           sәfirliyinin katibi idi, kürdlәr haqda tәdqiqat әsәrinin
           müәllifidir, çoxdan tanıyıram) bildirdi ki, ruslar indiki şәraitdә
           Rusiyaya göstәrdiklәri mәnәvi yardıma görә ermәnilәrә
           minnәtdardırlar. Çünki onlar Rusiya әleyhinә hәr hansı etiraz
           tәdbirindә iştirak etmirlәr. Denikinә vә Kolçaka düşmәn
           kimi yanaşmırlar. Bax әsl rus adamı olan  Acemovun
           “mәslәhәt”lәrinin dәyәri budur! Adını çәkdiyim Minorski
           yaxınlarda Tehrandan qayıdarkәn Bakıda olub. “Metropol”da
           qalıb. Şәhәrdә qayda-qanunun hökm sürdüyünü deyir, amma
           onu da әlavә edir ki, Bakıda, demәk olar, heç bir şey
           dәyişmәyib, şәhәr әvvәlki kimi rus ruhundan xәbәr verir!
           Buradan da o, lap yaxın keçmişә qәdәr Rusiya müsәlmanları
           adlandırılan indiki azәrbaycanlıların Rusiyaya mәhәbbәti vә
           sәdaqәti qәnaәtinә gәlir.
               “Bu, yaxşı әlamәtdir”, – deyә cәnab Minorski qılıqlı sәsi
           ilә çoxmәnalı şәkildә söhbәtinә yekun vurdu. Bir neçә       403
           gündәn sonra mәnә baş çәkmәyә gәldi. Özü ilә yeni (әlbәttә,
           bizim üçün yeni!) Bakı, Tiflis vә Batumi qәzetlәri gәtirmişdi.
           Sonra bir daha görüşmәdik. O, qayınatası Şebuninin   524
           yanında yaşayır. Hәmin Şebunin isә burada Çaykovski,
           Lvov, Maklakov, Savinski vә Sazonovdan ibarәt Rus
           Mәclisinin, yaxud Rusiya nümayәndә heyәtinin baş katibidir.
           Maklakovla Sazonov hәlә dә rus sәfirliyinin binasında
           yaşasalar da, işdәn, demәk olar ki, uzaqlaşdırılıblar. Maklakov
                                                     525
           on gün әvvәl bir fransız generalı ilә (Mangin ) Denikinin
           yanına gedib. Burada onun daha geri qayıtmayacağını
           söylәyirlәr. Bir sözlә, bu qrup hәlә öz xilaskarları saydığı
           generalların qәti qәlәbәsini gözlәyir. Bir tәrәfdәn Antantanın
           hәrәkәtlәrini tәnqid edir, о biri tәrәfdәn “duz-çörәk itirәn”
           “yadellilәr”in ünvanına bәzәn tәnәlәr, bәzәn isә hәtta hәdәlәr
           yağdıraraq siyasi hәyatdakı mövcudluqlarını başqa heç bir
           şeylә büruzә vermir.
   398   399   400   401   402   403   404   405   406   407   408