Page 406 - design_Topcubashov_Full_Layout 1
P. 406

Əlimərdan bəy Topçubaşov


                  avqustun 21-dә Xarici İşlәr Nazirliyinin blankında imzasız
                  göndәrilmiş mәlumatı ilә әlaqәdar da bu barәdә yazmışdım.
                  Hәmin mәlumatı cәnab Atamalıbәyov vasitәsilә dә almışıq.
                  Lakin artıq burada xarici işlәr naziri M.Y.Cәfәrovun imzası
                  var. Sonuncu varianta şifrlәnmiş mәtn dә әlavә edilib. Hәmin
                  әlavәdәn bәzi tәsәlliverici mәlumatlar aldıq. Çox tәәssüf ki,
                  haqqında söhbәt gedәn qәzet kәsiklәri tapılmadı.
                  Atamalıbәyovun dediyinә görә, içәrisindә hәmin materiallar
                  olan zәrf Tiflisdә geri götürülüb vә Bakıya qaytarılıb. Bir
                  daha tәәssüf, çünki bu qәzet kәsiklәrindә yerli mәtbuata
                  vermәk üçün çoxlu mövzu tapmaq olardı. Mühәndis Pekarskinin
                  “ötәri iqtisadi oçerk”inә toxunmadan keçә bilmirәm. Oçerk,
                  hәqiqәtәn dә, “ötәri”dir vә bәzi qiymәtli mәlumatları çıxmaq
                  şәrti ilә ondan istifadәyә heç bir lüzum yoxdur. İqtisadi
                  mәsәlәlәrin işıqlandırılmasına isә daha çox ehtiyac duyuruq.
                  Cәnab Pekarski mәhz bu işi başqasına saxlamışdır. Tәәssüf!
                  Amma әvәzindә “Azәrbaycan rәqәmlәrdә” xәritәsi çox yerinә
         406      düşdü (11 әdәd). Biz ondan istifadә edәcәyik vә artıq mәtbuata
                  vermәk üçün (iqtisadi albom formasında) şәkillәrini çәkmişik.
                  İqtisadi mәsәlәlәrә dair indiyә qәdәr әlimizdә olanlardan
                  daha ciddi materiallar göndәrmәk lazımdır.
                     Mәktub vә mәlumatlardakı bütün tapşırıqlar gücümüz
                  vә imkanlarımız daxilindә yerinә yetirilәcәk.
                     Әlbәttә, ali tәhsil mәqsәdi ilә bura gәlmәk istәyәn
                  gәnclәrin sәfәri ilә bağlı mәsәlәlәrin hәllinin tezlәşdirilmәsindәn
                  ötrü әlimdәn gәlәni etmәyi özümә borc sayıram. Tәәssüf ki,
                  Xalq Tәhsili Nazirliyi dә Poçt vә Teleqraf Nazirliyi kimi,
                  mәsәlә ilә bağlı nümayәndә heyәtinә rәsmi müraciәt etmәyi
                  ağlına gәtirmәyib. Lakin buna baxmayaraq, Fransanın xalq
                  tәhsili nazirinә xüsusi mәktub göndәrdim.  Vәziyyәti tam
                  aydınlaşdırmaq üçün bu günlәrdә qәbulunda da olacağam.
                  Tәәssüf ki, Parlament seçkilәri burada hәlәlik hәr şeyi arxa
                  plana sıxışdırıb. Yeni Parlament seçilәndәn sonra iş başına
                  yeni hökumәt vә tәbii ki, yeni tәhsil naziri gәlәcәk.
   401   402   403   404   405   406   407   408   409   410   411