Page 410 - design_Topcubashov_Full_Layout 1
P. 410
Əlimərdan bəy Topçubaşov
onlara müraciәt üçün tutarlı әsas görmürdüm. Müsbәt nәticәyә
nail ola bilmәdik. Amma yenә dә mәsәlәdәn hali olması
üçün ingilis nümayәndә heyәtinin tәmsilçisinә mәktub yazdım
vә bizә yardım göstәrmәsini xahiş etdim (yazışmanın 3-cü
vә 4-cü sәhifәlәri). Oktyabrın 30-na qәdәr hәmin mәktubu
göndәrmәdim. Çünki bu arada ingilis heyәtinin maliyyә
şöbәsinin müdiri mayor Monfrislә tanış olmuşdum vә o,
bizә kömәk edәcәyinә söz vermişdi.
Ancaq işin tәrsliyindәn mayor xәstәlәndi, yenә gözlәmәli
oldum. Cәnab Monfris sağalandan sonra Londonla әlaqә
saxlayıb xәbәr verdi ki, ingilis hökumәti borc barәdә heç bir
şey bilmir, çünki hәmin pullar Bakıdakı Müttәfiq qoşunların
hesabına keçirilib, onu qaytarmaq da Müttәfiqlәrin müştәrәk
borcudur. Mәsәlәyә sülh konfransının maliyyә komissiyasında
baxılmalıdır. Sonra onun mәslәhәti ilә oktyabrda ingilis
nümayәndә heyәtinin hәrbi bölmәsinin şefinә mәktub yazdım
(yazışmanın 6-cı vә 7-ci sәhifәlәri). Hәmin mәktubda ingiliscә
410 teleqramın Sizә göndәrilmәsini xahiş edirdim (yazışmanın
7-ci vә 8-ci sәhifәlәri). Mәhәrrәmovun apardığı araşdırmaya
görә, teleqram oktyabrın 21-dә göndәrilib. Nәhayәt, oktyabrın
7-dә (qeyri-dәqiqliyә yol verilib, hәr halda noyabrın 7-si
olmalıdır – Tәrc.) qaldırdığım mәsәlә barәdә birbaşa
Londondan mәlumat almalı olduğumla bağlı ingilis nümayәndә
heyәti başçısının mәktubu mәnә tәqdim edildi (yazışmanın
10-cu sәhifәsi, әlavә № 10). Bununla da yazışmamız başa
çatdı vә indiyә qәdәr Londondan heç bir xәbәr almamışam.
Yaranmış şәrait Sizә ünvanladığım mәktubdakı belә bir fikri
bir daha tәsdiq edir ki, lәyaqәtimizi qorumaq xatirinә lap
әvvәldәn ingilislәrin bizә borcu ilә әlaqәdar Cәfәrovun
göndәrdiyi qeyri-müәyyәn teleqram әsasında xahişkar
pozasında dayanmaq lazım deyildi.
Lakin şәxsәn Siz, xarici işlәr naziri Cәfәrov vә ümumiy -
yәtlә, hökumәt ingilislәrdәn nә isә almağın mümkün olduğunu
düşünürsünüzsә, onda özünüz teleqramımda göstәrilәnlәri