Page 414 - design_Topcubashov_Full_Layout 1
P. 414

Əlimərdan bəy Topçubaşov


                                            III
                     Azәrbaycan Demokratik Respublikası qonşu fars dövlәti
                  ilә siyasi vә iqtisadi әlaqәlәr yaradır. Әlaqәlәrin әsasları vә
                  formaları, habelә onların icra yolları Azәrbaycan vә İran
                  hökumәtlәrinin qarşılıqlı razılığı әsasında hәr iki ölkәnin
                  parlamentlәrinin bәyәnib tәsdiq etmәsi şәrti ilә işlәnib-
                  hazırlanır vә müәyyәnlәşdirilir. Hәm dә bu zaman fars vә
                  Azәrbaycan hökumәtlәrinin xarici işlәr sahәsindә әlaqәlәrinin
                  birlәşdirilmәsi mәqsәdәuyğun sayılır.


                                            IV
                     Yuxarıdakı 1-ci vә 2-ci maddәlәrdә göstәrilәn mәqsәdlәrә
                  nail olmaq üçün  Azәrbaycan Respublikası dövlәt
                  müstәqilliyinin tanınması baxımından İngiltәrәnin fәal
                  kömәyinә ehtiyac duyur. Azәrbaycan Respublikasının әrazi
                  bütövlüyü vә müstәqilliyinә qarşı yönәlmiş hәr hansı qәsddәn
                  qorunması, siyasi, iqtisadi, mәdәni vә hәrbi inkişafına nail
         414      olunması baxımından bu dövlәtә dә İrana göstәrilәn formada
                  yardım göstәrilmәsi mәqsәdәuyğun hesab edilir.

                     Qeyd olunan dörd maddә bir-biri ilә sıx şәkildә bağlıdır
                  vә lazımi yerә Azәrbaycan Respublikası nümayәndә heyәtinin
                  özü tәrәfindәn çatdırılıb. İran nümayәndәlәri hәmin maddәlәri
                  qәbul edib vә artıq Şahla birlikdә İngiltәrәdә olan xarici
                  işlәr naziri Firuz Mirzәyә göndәrib.
                     Göstәrilәn maddәlәrlә әlaqәdar bir-iki qeyd-şәrtimizi dә
                  bildirdik: 1. “Hәr şey bir-biri ilә qarşılıqlı şәkildә bağlıdır.
                  2. Maddәlәrlә әlaqәdar özümüz ingilis hökumәtinin
                  nümayәndәlәri ilә görüşmәli vә onlara müvafiq izahatlar
                  vermәliyik”. Hәlәlik qarşı tәrәfdәn cavab yoxdur. Biz dә,
                  fars nümayәndә heyәti dә Firuz Mirzәnin qayıtmasını
                  gözlәyirik.
                     Biz, әlbәttә, İranın indiki vәziyyәtini vә avqustun 9-da
                  bu ölkә ilә İngiltәrә arasında bağlanmış vә diqqәtlә tәhlil
   409   410   411   412   413   414   415   416   417   418   419