Page 418 - design_Topcubashov_Full_Layout 1
P. 418

Əlimərdan bəy Topçubaşov


                  Dağıstan demarkasiya xәttinә qәdәrki әrazi  Azәrbaycan
                  qoşunları tәrәfindәn tutulsun”.
                     Biz lazım gәldiyi tәqdirdә, hәmişә vә hәr yerdә belә
                  möhkәm, qәtiyyәtli, vәtәnpәrvәr siyasәtin hәyata keçirilmәsini
                  arzulayırıq. Vә inanırıq ki, hökumәtimiz hәmişә belә siyasi
                  xәttin tәrәfdarı olacaq, indi dә onun tәrәfdarıdır. Çünki
                  keçmiş Rusiyaya, xüsusәn dә Könüllü Orduya münasibәt
                  mәsәlәsindә orta mövqe ola bilmәz vә olmamalıdır. Әgәr
                  qarşımıza mәhz Dağıstanın, hәtta ondan da şimala doğru
                  uzanan әrazilәrin tәmizlәnmәsi vәzifәsini qoymuşuqsa, bu
                  qәtiyyәtli addımdan başqa heç bir cәlbedici tәklif, vәd vә
                  yarımçıq danışıqlar bizә kömәk etmәyәcәk.
                     Әlbәttә, hökumәtimizin yuxarıda qeyd etdiyim tipli qәti
                  qәrarlarının şahidi olanda sevinirik, mәnfi xarakterli mәlumatlar
                  alanda isә ürәyimiz ağrıyır.  Tәbiidir ki, burada xaricdәki
                  nümayәndәliklәrimizlә bağlı belә mәlumatlarla rastlaşırıq.
                  Bu münasibәtlә artıq keçmiş Sәnaye vә  Ticarәt nazirinin
                                                          1
                  verdiyi vәsiqәlәrә mәsuliyyәtsiz yanaşması barәsindә Sizә
         418
                  yazmışdım. Xarici işlәr naziri Cәfәrovun mәlumatında
                  qeydlәrimin nәzәrә alındığı bildirilir. Sadәcә borcumu yerinә
                  yetirmişәm. Hәmin borc isә mәndәn var qüvvәmlә höku -
                  mәtimin nüfuzunu qorumağı tәlәb edir. Şübhә yoxdur ki,
                  nümayәndә heyәti üzvlәrindәn hәr biri hökumәtә qәtiyyәn
                  dәxli olmayan adamın özünü Azәrbaycan Respublikasının
                  tәmsilçisi kimi qәlәmә vermәsini, hәtta müvafiq sertifikat
                  göstәrmәsini eşidәndә çox pis vәziyyәtә düşmәlidir. Romada
                  belә bir hadisә olub. Bu ölkәnin hökumәti Azәrbaycanla

                  1  Söhbәt Fәtәli xan Xoyskinin başçılıq etdiyi üçüncü hökumәt kabinetindә
                  sәnaye vә ticarәt naziri vәzifәsini tutan Mirzә Әsәdullayevdәn gedir. Mәşhur
                  milyonçu Şәmsi Әsәdullayevin ailәsindә böyüyәn, zәngin hәyat keçirәn, milli
                  ideallardan uzaq olan Mirzә bәy nazir olduğu dövrdә ölkәyә şәkәr idxalı ilә
                  bağlı әliәyrilik hallarının qarşısını almamış, eyni zamanda Yazıkova soyadlı
                  rus mәşuqәsinә qiymәtli ticarәt sәnәdi verәrәk onun dövlәt hesabına külli
                  miqdarda qazanc götürmәsinә imkan yaratmışdı. Bu faktlar ortaya çıxdıqdan
                  sonra hökumәt üzvlәri yarıtmaz nazirin istefaya göndәrilmәsini tәlәb etmiş
                  vә buna nail olmuşdular. (Tәrc.)
   413   414   415   416   417   418   419   420   421   422   423