Page 421 - design_Topcubashov_Full_Layout 1
P. 421
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
mәhkәmәlәrindә qayda-qanun yaratmaq, ümumәn qanunçuluğa
hörmәt zәruridir. Ümumi mәnafelәrә qayğı vә sevgi hissi ilә
yanaşmaq zәruridir. Dövlәt mәnafelәrini qorumaq yolunda
xalqın mütәşәkkilliyi vә birliyi zәruridir.
Azәrbaycan yalnız öz daxili hәyatını bu şәkildә nizam -
layacağı tәqdirdә dövlәt ola bilәr. Hәm dә elә bir dövlәt ola
bilәr ki, artıq heç kәsin onu tanımasına möhtac qalmaz.
Çünki daxilәn güclü, sabit Azәrbaycan artıq özlüyündә real
vә inkaredilmәz fakt kimi tanınmış olacaqdır. Daxildә
dövlәtçilik baxımından möhkәmlәndikdә o, xaricdәn gәlәn
hәr cür tәhdidә layiqli cavab vermәk üçün fiziki vә mәnәvi
qüvvә әldә edәcәkdir.
Әminik ki, hökumәt özünün mövcud qüvvәlәrini dövlәt
quruculuğunun bütün sahәlәrindә Azәrbaycanın daxili
vәziyyәtinin möhkәmlәndirilmәsinә sәrf edәcәk. Biz
hökumәtimizdәn ilk növbәdә ölkәnin daxili hәyatını nizama
salmaq yolunda atdığı hәr yeni addım, verdiyi hәr yeni
sәrәncamla bağlı xәbәrlәr almaq arzusu ilә yaşayırıq. İndiki
vaxtda hökumәt yalnız bu yolla xalqın rәğbәtini qazanmaq, 421
bizim dә müstәqil dövlәtçilik şәraitindә yaşamağa qabil
olduğumuzu nümayiş etdirmәk iqtidarına malikdir.
Yalnız daxildәn güclü Azәrbaycanın mövcudluğu şәraitindә
nümayәndә heyәtinin buradakı fәaliyyәtinin sәmәrә verәcәyinә
ümid bәslәmәk mümkündür. Nümayәndә heyәti isә öz
növbәsindә qarşıya qoyulan mәqsәdә çatmaq yolunda hәr
cür fәdakarlığa hazırdır.
Раевский А. Мусаватское правительство на
Версальской конференции. Донесения председателя
азербайджанской мусаватской делегации.
Баку, 1930, c. 70–93.