Page 423 - design_Topcubashov_Full_Layout 1
P. 423

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


                                      I
               Ötәn dövrdә siyasi hәyatın әn mühüm hadisәsi, heç
           şübhәsiz, Parlament seçkilәri sayılmalıdır. Seçkilәr formal
           olaraq hәlә başa çatmayıb. Boş qalmış 24 deputat yeri üçün
           tәkrar sәsvermә keçirilәcәk. Lakin bütövlükdә indiki seçkilәr
           artıq yeni Fransa Parlamentinin hәqiqi simasını
           müәyyәnlәşdirib. Sosialistlәrin bütün cidd-cәhd vә çığır-
           bağırlarına baxmayaraq, 1914–1919-cu illәrlә müqayisәdә
           fransız xalqı yeni Parlamentә әvvәlki illәrdәkindәn daha
           çox sağ tәmayüllü deputat göndәrib. Sonuncu Parlamentdә
           ciddi sosialist mövqeli (“sosialistes unifies”, “republicaius
           socialistes”, “radicaux socialistes”) deputatlar 602 mandatdan
           398-ni almışdılar, yәni Parlamentin üçdәiki hissәsi
           sosialistlәrdәn tәşkil olunub.  Yalnız 205 deputat (onların
           içәrisindә: respublikaçılar (“republicains de gauche”) – 77;
           tәrәqqipәrvәrlәr (“progressistes”) – 59; liberallar (“liberaux”)
           – 42; mühafizәkarlar (“conservateurs”) – 27) sağ tәmayüllü
           idi.                                                        423
               Yeni Parlamentdә yuxarıdakı qüvvәlәr nisbәti tamamilә
           әks xarakter alıb. İndiyә qәdәr seçilmiş 546 deputatdan 336
           nәfәri sağ tәmayüllü, 210 nәfәri isә sosialistlәrdir. Başqa
           sözlә desәk, sonuncular artıq 187 deputat yeri itiriblәr.
           “Sosialistes unifies”-in sıraları xüsusilә seyrәlib. Onların
           әvvәlki Parlamentdә 104 mandatı var idi, indi isә yalnız 56
           yer qazana biliblәr. “Radicaux socialistes” dә eyni vәziyyәtdәdir
           – әvvәlki 257 nәfәrin әvәzinә bu dәfә yalnız 129 deputatları
           var. Belәliklә, hazırda Fransada hakimiyyәtdә olan Klemanso
           kabinetinin siyasәti qalib gәlib. Bu kabinet isә kiçik xalqların
           müstәqillik arzularının üzәrindәn xәtt çәkәrәk “vahid vә
           bölünmәz Rusiyanın” yenidәn dirçәldilmәsi ideyasına tәrәfdar
           çıxır. Yeri gәlmişkәn, bizә rәğbәtlә yanaşan deputatlardan
           bәzilәri (Monzi dә onların sırasındadır) yeni Parlamentә
           düşmәyiblәr. Digәr tәrәfdәn, hәtta sosialistlәrin üstünlük
           tәşkil etdiyi Fransa Parlamenti bizә ciddi kömәk göstәrә
           bilәrdimi? Demәk çәtindir. Çünki Fransada bir vaxtlar öz
   418   419   420   421   422   423   424   425   426   427   428