Page 419 - design_Topcubashov_Full_Layout 1
P. 419
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
daha yaxın münasibәtlәr qurmaq arzusunda olduğundan
bizim nümayәndә heyәtinә (söhbәt ticari әmәkdaşlıqla bağlı
Romaya gәlmiş heyәtdәn gedir – Tәrc.) çox diqqәtlә yanaşıb,
heyәt üzvü isә bunun müqabilindә müxtәlif sertifikatlar,
hәtta Azәrbaycan dәmiryolları ilә pulsuz gediş hüququ verәn
sәnәdlәr paylamağa başlayıb. О biri tәrәfdәn, guya hökumәt
işlәri üçün göndәrilәn, әslindә isә şәxsi mәsәlәlәrini hәll
etmәk istәyәn ayrı-ayrı kommersantlara dövlәt sәnәdlәrinin
verilmәsi, tәәssüf ki, hәlә dә davam edir. Belә rollarda
Azәrbaycanla heç bir әlaqәsi olmayan şәxslәr görünәndә isә
insan özünü alçaldılmış sayır. Әgәr kimәsә varlanmaq imkanı
yaradılırsa, heç olmazsa, bunu ölkәnin öz sakinlәri üçün
edin. Bütünlükdә belә mәsәlәlәrә xüsusi diqqәtlә yanaşmaq
lazımdır. Çünki bu, hökumәtin nüfuzu ilә sıx bağlıdır. Hәmin
nüfuzu isә, nәyin bahasına olur-olsun, qorumaq lazımdır.
Göndәrilәn adamların seçilmәsi xüsusi diqqәtlilik tәlәb edir.
Kommersiya ilә mәşğul olan şәxslәr bizә hәr yerdә – burada
da, Romada da, başqa ölkәlәrdә dә lazımdır. Onları tәşviq 419
etmәk zәruridir. Lakin kommersiya fәaliyyәti hәmin şәxslәrә
heç bir halda tәmsilçilik hüququ vermәmәlidir. Heç bir
kommersiya xarakterli tәmsilçilik hüququndan da söhbәt
gedә bilmәz. Bir sözlә, belә işlәrә son dәrәcә diqqәtlә
yanaşmaq lazımdır. Yeri gәlmişkәn, iki nәfәr gәnc bakılını –
Mәmmәdhәsәn Dadaşovu vә Nәcәfqulu Qasımovu diqqәtinizә
tәqdim etmәk istәrdim. Onlar Londonda olublar, dünәn bura
qayıdıblar vә tezliklә Bakıya yola düşәcәklәr. Dediklәrinә
görә, kommersiya xarakterli çoxlu mәlumata malikdirlәr.
Әgәr mümkün olsa, hәmin mәlumatdan istifadә etmәk
lazımdır. Kommersant kimi hәmin şәxslәrlә ilk dәfә burada
tanış olmuşam. Pis tәәssürat bağışlamırlar. Lakin haqlarında
Bakıda müvafiq bilgi toplamaq mümkündür.
Bu misalları gәtirmәkdә mәqsәdim ölkәmizdәki işlәrin
vәziyyәti ilә nümayәndә heyәtindәn gözlәnilәn nәticәlәrin
bir-biri ilә sıx qarşılıqlı әlaqәsini bir daha diqqәtinizә
çatdırmaqdır. Heç bir şübhә olmamalıdır ki, Azәrbaycanın