Page 415 - design_Topcubashov_Full_Layout 1
P. 415
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
edib öyrәndiyimiz müqavilәni 531 nәzәrә aldıq. Fikrimizcә,
atdığımız addım baş tutarsa, çox ciddi mәsәlәlәrә tәkan
verәn nәticә alına bilәr. Maddәlәrin mәzmunundan da
göründüyü kimi, müstәqilliyimizin qorunub saxlanması
prinsipi qәtiyyәtlә müdafiә edilir. Siyasi-iqtisadi ittifaqın
formasına gәldikdә, mәsәlәnin hәlli bütünlüklә iki ölkәnin
parlament vә hökumәtlәrinin öhdәsinә buraxılır. Birgә xarici
әlaqәlәrә meyil ilk növbәdә dövrün şәrtlәri nәticәsindә
meydana çıxmışdır. İngiltәrәnin bizә göstәrәcәyi kömәyin
formaları haqqında dördüncü maddәdә bәhs edilmişdir.
Bu mәsәlә ilә bağlı atacağımız addımları indidәn
açıqlamağa lüzum görmürük. Hәtta gürcülәr dә hәlәlik bu
barәdә heç bir şey bilmirlәr.
Lakin müsbәt cavab alınan kimi biz, tәbii ki, onları
xәbәrdar edәcәyik. Hәtta istәsәlәr, ola bilsin ki, gürcülәri dә
cәlb edә bilәrik.
Noyabrın 6-da, Londona yola düşmәmişdәn әvvәl Ağa
xan yanımızda oldu. O, yüksәk vәzifәli şәxslәrlә (Lloyd 415
Corc) görüşüb, nәticә barәdә bizә xәbәr verәcәk. Mәlumat
alındıqdan sonra özümüz bir yolla Londona gedәcәyik.
Atdığımız addıma çox mühüm әhәmiyyәt vermәklә
yanaşı, aydın mәsәlәdir ki, bütün ümidlәrimizi yalnız ona
bağlamırıq. Üstәlik, hansı nәticәnin әldә edilәcәyi dә bәlli
deyil. Hazırkı vәziyyәtimizdә müәyyәn fayda gәtirә bilәcәk
hәr bir imkandan yararlanmağı bacarmalıyıq. Hәm dә siyasi
şәrait mәhz indi elә başgicәllәndirici sürәtlә dәyişir ki, hәr
hansı variant üzәrindә dayanıb gözlәmәk olduqca çәtindir.
Son üç gündә mәtbuat, xüsusәn dә ingilis qәzetlәri Antantanın
Rusiya Sovet hökumәtinә münasibәtindә baş verәn vә ehtimal
ki, radikal xarakter daşıyan dәyişikliklәr haqqında xәbәrlәrlә
doludur. Әvvәlcә İngiltәrә Parlamentindә, sonra isә London
vә Paris mәtbuatında artıq (hәr yerdә seçki kampaniyasının
aparılmasına baxmayaraq) bolşeviklәrin irәli sürdüklәri sülh
(yaxud barışıq) şәrtlәri müzakirә olunur. Göndәrdiyimiz